Bu universitetlərin məzunları iş tapmaqda çətinlik çəkirlər

19 Yanvar, 2026 - 12:08
Bu universitetlərin məzunları iş tapmaqda çətinlik çəkirlər

Bəzi universitet və ixtisaslar üzrə məzunların işlə təmin olunma göstəriciləri digər sahələrlə müqayisədə xeyli aşağıdır.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu göstəricilər Dövlət Məşğulluq Agentliyinin “Məzunların məşğulluq reytinqi” ilə bağlı yayımladığı məlumatda öz əksini tapıb.

Məlumata görə, məşğulluq baxımından orta göstəricisi aşağı olan ali məktəblər əsasən bölgə universitetləri və humanitar profilli təhsil müəssisələridir.

Cədvəllərdə aşağı nəticə göstərənlər arasında Naxçıvan Müəllimlər İnstitutu, Bakı Slavyan Universiteti, Azərbaycan Texnologiya Universiteti,  Azərbaycan Dövlət Pedaqoji Universiteti (Şamaxı filialı) ilk beşlikdə yer alır.

Bu ali məktəblərin məzunları əmək bazarında daha çox rəqabət və uyğun vakansiya çatışmazlığı ilə üzləşirlər.

Qeyd edək ki, agentliyin açıqladığı məlumatda məzunların əmək bazarına çıxışı və işlə təmin olunma səviyyəsi əsas meyar kimi götürülüb. Statistik göstəricilər 2018–2023-cü illəri əhatə edir.