Biz kimik?

Sarvan İbrahimov
Baş redaktor

Sarvan Bəhlul oğlu İbrahimov 15 dekabr 1969-cu ildə Masallı rayonunda doğulub.
1992-1997-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb.
1996-2008-ci illərdə "Xalq qəzeti"də çalışıb.
2008-ci ildən "Azərbaycan müəllimi" qəzetində fəaliyyət göstərir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 iyul 2025-ci il tarixli Sərəncamı ilə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb. 

Çingiz Səfərli
Baş redaktorun müavini 

Çingiz Əyyar oğlu Səfərli 20 fevral 1993-cü ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Yuxarı Əndəmic kəndində doğulub.
2011-2015-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb.
"Qaynarinfo.az", "Trend.az", "APA.az" və "ARB24" kanalında müxbir vəzifəsində işləyib.
2024-cü ildən "Azərbaycan müəllimi" qəzetində çalışır.

Oruc Mustafayev
Redaktor

Oruc İsa oğlu Mustafayev 3 yanvar 1962-ci ildə Gürcüstan Respublikasının Qardabani rayonunun Nəzərli kəndində anadan olub.
1980-1958-ci illərdə Bakı Dövlət Universitetinin "Kimya müəllimliyi" ixtisası üzrə təhsil alıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Səbail və Nərimanov idarələrində aparıcı mütəxəssis vəzifəsində çalışıb, 1997-2008-ci illər ərzində "Şərq" qəzetində müxbir işləyib. 2010-cu ildən fəaliyyətini "Azərbaycan müəllimi" qəzetində davam etdirir.

İlhamə İsabalayeva
Redaktor 

İlhamə Qismət qızı İsabalayeva 4 sentyabr 1977-ci ildə Sumqayıt şəhərində doğulub.
1994-1998-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bakalavr təhsili alıb.
“Üç nöqtə”, “Azad Azərbaycan”, “Xalq cəbhəsi” qəzetləri, APA İnformasiya Agentliyi, Trend İnformasiya Agentliyi, “Azərbaycan” və “Vergilər” qəzetində müxbir vəzifəsində işləyib.
Azərbaycan Respublikanın Prezidenti İlham Əliyevin 22 iyul 2020-ci il tarixli Sərəncamına əsasən “Tərəqqi” medalı və 20 fevral 2025-ci tarixli Fərmanı ilə təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı ilə təltif olunub.
2024-cü ildən “Azərbaycan müəllimi” qəzetində çalışır.

Samirə Kərimova 
Müxbir 

Samirə Hüseyn qızı Kərimova 28 sentyabr 1970-ci ildə Bakı şəhərində anadan olub. 
Bakı şəhəri 7 nömrəli tam orta məktəbi bitirib. 1989-1995-ci illərdə Bakı Dövlət Universitetində Jurnalistika fakültəsində təhsil alıb. 
1987-ci ildən "Azərbaycan müəllimi" qəzetində çalışır.
Azərbaycan Respublikanın Prezidenti İlham Əliyevin 20 fevral 2025-ci tarixli Fərmanı ilə təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı təltif olunub. 
“Azərbaycan müəllimi” qəzetinin Həmkarlar İttifaqı Komitəsinin sədridir. 
Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Ruhiyyə Daşsalahlı
müxbir

Ruhiyyə Ələddin qızı Hüseynova 7 aprel 1977-ci ildə Qazax rayonunda anadan olub. 
1995-1999-cu illərdə Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Qazax filialında “Azərbaycan dili və ədəbiyyat” ixtisası üzrə təhsil alıb.
1999-cu ildən “Şans”, “Ulus”, “Millətin səsi”, “Üç nöqtə”, “Yeni Azərbaycan” qəzetlərində, “Aznews”, “Axar.az”, “Tabloid.az”, “Publika.az” kimi xəbər portallarında işləyib.
2007-ci ildən “Azərbaycan müəllimi” qəzetində çalışır.

Yetər Kərimli
Müxbir

Yetər İlqar qızı Kərimli 5 noyabr 1995-ci ildə Bakı şəhərində anadan olub.
2014–2018-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bakalavr, 2019–2021-ci illərdə isə "Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi" ixtisaslaşması üzrə magistr təhsili alıb.
"ATV" və "APA.az" media qurumlarında müxbir, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsində baş mütəxəssis vəzifəsində çalışıb.
2024-cü ilin oktyabr ayından "Azərbaycan müəllimi" fəaliyyət göstərir.

Mərziyyə Kazımzadə
müxbir

Mərziyyə İbrahim qızı Kazımzadə 13 sentyabr 2001-ci ildə Tovuz rayonunda anadan olub. 
2018–2022-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində "Azərbaycan dili və ədəbiyyatı" ixtisası üzrə bakalavr, 2022–2024-cü illərdə isə həmin ali təhsil müəssisəsinin Filologiya fakültəsində "Azərbaycan ədəbiyyatı" ixtisası üzrə magistr təhsili alıb.
2025-ci ildən "Azərbaycan müəllimi" qəzetində çalışır.

Şölə Əliyeva
Korrektor

Şölə Rəşid qızı Əliyeva 26 mart 1989-cu ildə Astara rayonunda doğulub.
2006-2011-ci illərdə Lənkəran Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb.
Bakı Slavyan Universitetində laborant vəzifəsində işləyib.
2022-ci ildən "Azərbaycan müəllimi" qəzetində çalışır.

Nəzrin Xəlilova
Sosial media meneceri

Nəzrin Ağalar qızı Xəlilova 24 noyabr 1994-cü ildə Bakı şəhərində anadan olub.
2012-2016-cı illərdə Bakı Dövlət Universitetinin Filalogiya fakültəsində təhsil alıb.
2016-cı ildən "Azərbaycan müəllimi" qəzetində çalışır.

Lamiyə Əlimərdanova
Abşeron-Xızı və Quba-Xaçmaz üzrə regional təmsilçi 

Lamiyə Firidun qızı Əlimərdanova 2 mart 1984-cü ildə Gədəbəy rayonunun Qaraməmmədli kəndində anadan olub.
2002-2006-cı illərdə Bakı Dövlət Universitetində Filolologiya fakültəsində bakalavr, 2006-2008-ci illərdə magistr təhsili alıb. 
2008-ci ildən “Azərbaycan müəllimi” qəzetində çalışır.

Aytən Yusifova
Naxçıvan Muxtar Respublikası üzrə təmsilçi

Aytən Mirhadı qızı Yusifova Hüseynova 1 yanvar 1985-ci ildə Ordubad rayonunun Kələki kəndində anadan olub.
2003-2007-ci illərdə Naxçıvan Dövlət Universitetində “Jurnalist” ixtisası üzrə bakalavr, 2007-2009-cu illərdə isə həmin universitetdə "Mətbuat tarixi" ixtisası üzrə magistr təhsili alıb.
Naxçıvan Televiziyasında, “APA TV”də redaktor, "APA.az", "ONA.az", "Teleqraf.az"da müxbir kimi çalışıb.

Rəmziyyə Həsənova
Qarabağ və Şərqi Zəngəzur üzrə regional təmsilçi

Rəmziyyə Mehman qızı Həsənova 28 iyul 1998-ci ildə Ağcabədi rayonunun Salmanbəyli kəndində anadan olub.
2015-2019-cu illərdə Bakı Dövlət Universitetində “Kitabşünaslıq” ixtisası üzrə bakalavr təhsili alıb.
"Aran" qəzetində müxbir, Ağcabədi Pedaqoji Kollecində müəllim işləyib.
2024-cü ildən "Azərbaycan müəllimi" qəzetində çalışır.

Aynur Araz
Mərkəzi Aran və Şəki-Zaqatala üzrə regional təmsilçi

Aynur Araz qızı Quliyeva 21 mart 1988-ci ildə anadan olub.
2005-2010-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Musiqi” ixtisası üzrə bakalavr, 2022-2024-cü illərdə həmin universitetdə “Etnomusiqişünaslıq ixtisası” üzrə magistr təhsilini davam etdirib.
“EL”, “ARB Aran” telekanallarında, “Mingəçevir işıqları” qəzetində çalışıb, bir sıra müəssisələrdə müəllim, Mingəçevir Dövlət Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsində mütəxəssis vəzifəsində işləyib.
2024-cü ildən “Azərbaycan müəllimi” qəzetində fəaliyyətini davam etdirir.

Tural Nəsirov
Şirvan-Salyan və Mil-Muğan üzrə regional təmsilçi 

Tural Ədalət oğlu Nəsirov 23 yanvar 1994-cü ildə Biləsuvar rayonunun Ovçubərə kəndində doğulub.
2011-2015-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunda “Təhsildə sosial-psixoloji xidmət” ixtisası üzrə bakalavr təhsili alıb.
"Baku TV" televiziyasında, “Report” İnformasiya Agentliyində müxbir vəzifəsində işləyib.
2024-cü ildən “Azərbaycan müəllimi” qəzetində fəaliyyətini davam etdirir.

Firuzə Cümşüd
Gəncə-Daşkəsən və Qazax-Tovuz üzrə regional təmsilçi

Firuzə Cümşüd qızı Əliyeva 8 mart 1988-ci ildə Gəncə şəhərində doğulub.
2005-2010-cu illərdə Azərbaycan İctimai-Siyasi Universitetində bakalavr, 2021-2023-cü illərdə Bakı Dövlət Universitetində “Jurnalist” ixtisası üzrə magistr təhsili alıb. Hazırda həmin universitetdə doktorantura səviyyəsi üzrə təhsil alır. 
 “Kəpəz” Müstəqil Teleradio Şirkətində Baş direktorun yaradıcılıq üzrə müavini vəzifəsində çalışır, eyni zamanda 2024-cü ildən “Azərbaycan müəllimi” qəzeti ilə əməkdaşlıq edir.

Nigar Rzayeva 
Qrafik dizayner

Nigar Qurban qızı Rzayeva 21 aprel 1995-ci il Salyan rayonunda anadan olub.
2013-2017-ci illərdə Azərbaycan Dillər Universitetinin “İngilis dili” müəllimliyi üzrə ali təhsil alıb.
2024-cü ildən “Azərbaycan müəllimi” qəzetində çalışır.