Redaktorun seçimi

Nazirliyin strukturunda dəyişiklik edildi – Yeni təyinatlar

Agentlik məktəbli geyimləri ilə bağlı valideynlərə müraciət edib

Taleh Kazımov: ICPC gələcəyin texnologiya liderlərinin formalaşdığı yerdir

Magistratura təhsilini necə cəlbedici etmək olar? – RƏY

BSU-da fəlsəfə üzrə doktoranturaya qəbul imtahanı keçirilir

Ali təhsildə inkişaf savadlı kollektivin formalaşmasından başlayır – AÇIQLAMA

Buraxılış imtahanlarında iştirak edə bilməyənlər üçün imtahan keçiriləcək

Agentlik məktəbli geyimləri ilə bağlı valideynlərə müraciət edib

Ali məktəb və kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatır

Fariz İsmayılzadə: ICPC dünya finalının Azərbaycanda keçirilməsi ölkəmizin imicinə töhfə verir

ADPU-da 13 ixtisas üzrə keçid balı 500-dən yüksək olub
Pedaqoji yazılar

Azərbaycanda informatika elminin banisi

Müəllim təbiətə bağlıdırsa…

Uğursuzluqdan sonra qayğı daha vacibdir

Süni intellekt dövründə təhsil: Məktəblərdə yumşaq bacarıqlar necə öyrədilməlidir?

Beynəlxalq Təhsil İcmalı – Avqust 2025
"Beynəlxalq Təhsil İcmalı" adlı bülletenin avqust ayına olan sayı təqdim edilib.“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.Bülletenin avqust ayı üçün hazırlanmış sayında “Avropa ali təhsil interoperabellik çərçivəsi”, “Finlandiyada peşə təhsili və yaşıl keçid”, “Azərbaycanda müəllimlərin idarəetmə sistemi” adlı məqalələr yer alıb.Bülletenlə tanış olmaq üçün müvafiq keçidə daxil ola bilərsiniz:Beynəlxalq Təhsil İcmalı Avqust 2025
Təhsil TV

Yüklənir
Bakıda 49-cu ICPC Dünya Finalı keçirilir
Builki yarışda 63 294 tələbə, 10 573 məşqçi və köməkçi məşqçi iştirak edir. Onlar 3 307 universiteti və 93 şirkəti təmsil edərək ...
1 sentyabr, 21:02
Yüklənir
Harvard dərsi - I
"Harvard dərsi" adlı yeni verlişdə dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan Harvard Universitetinin ...
1 sentyabr, 20:00
Yüklənir
ICPC-nin 49-cu Dünya Finalı ilk dəfə Bakıda!
Dünyaca Məşhur Proqramlaşdırma Müsabiqəsi – ICPC-nin 49-cu Dünya Finalı ilk dəfə Bakıda start götürdü!
1 sentyabr, 16:59
Yüklənir
Bakalavr səviyyəsinə elektron müraciət zamanı bunlara diqqət edin
Bakalavr səviyyəsinə elektron müraciət zamanı bunlara diqqət edin.
1 sentyabr, 15:05
4 universitetə qəbul oldu, amma…
Novruz Əliyev ali təhsil müəssisələrinə qəbul imtahanlarında uğurlu nəticə göstərən gənclərimizdən biridir. Bir neçə xarici universitetdən qəbul alan abituriyent təhsilini Türkiyədə davam etdirmək niyyətindədir: “Bir neçə universitetdə təqaüdlə təhsil almaq imkanı əldə etmişəm. Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmalar Baş İdarəsi (YTB) ilə Bursa Uludağ Universitetində “Komputer elmləri”, Qaradəniz Texniki Universitetində “Süni intellekt və məlumat mühəndisliyi”, Muğla Sıtkı Koçman Universitetində “Proqram yazılımı” ixtisasına qəbul olmuşam. Artıq seçimimi etmişəm. Karadeniz Texniki Universitetində oxuyacağam. “Süni intellekt və məlumat mühəndisliyi” ixtisası günümüz üçün çox aktual ixtisaslardandır və düşünürəm ki, bu ixtisas üzrə kadrlara ölkəmizdə ehtiyac var”. Oxuduğu müddətdə məktəbinin qüruru olduNovruz Əliyev XI sinif buraxılış imtahanında 272.9 bal toplayaraq Ağstafa şəhəri Asif Abdullayev adına 2 nömrəli tam orta məktəbi fərqlənmə ilə bitirib: “IX sinif buraxılış imtahanlarında da 266.9 bal toplamışdım və bu nəticə məktəbimiz üzrə ən yüksək göstərici idi”.Novruz Əliyevin bir neçə universitetə qəbul olunması təsadüfi deyil. Onun hər uğurunun arxasında böyük zəhmət dayanır. Tam orta təhsil dövründə sadəcə dərs proqramlarını öyrənib, qətiyyətli bir şəkildə olimpiadalara da qatılıb. Riyaziyyat üzrə Respublika fənn olimpiadasında finala qədər yüksəlib: “Olimpiadalarda iştirak dünyagörüşümə, müstəqil fikir yürütmə bacarığıma, məntiqi təfəkkürümün inkişafına çox kömək etdi. Hətta yer tuta bilmədiyim yarışlardan belə nəsə qazanırdım”. Ən böyük qazancı beynəlxalq yarışlarda iştirak haqqıdırBeləliklə, ölkə və beynəlxalq əhəmiyyətli bir çox yarışlarda uğur qazanıb. Novruz sadəcə akademik göstəriciləri, məktəbdə davamiyyəti, nümunəvi davranışı ilə yox, fəallığı, sağlam həyat tərzi, idmana marağı ilə də seçilib və qiymətləndirilib: “Məktəb illərində karate ilə də məşğul olmuşam. İdmanı çox sevirəm. Son bir neçə ildə idmanda fəallığım azalsa da, həyatımdan çıxartmaq fikrim yoxdur”. Hədəfi Azərbaycanda süni intellektin inkişafına töhfə verməkdirGələcəyini süni intellektlə bağlamaq istəyən Novruz Əliyevin iddiası da arzuları qədər böyükdür: “Təbii ki, gələcəkdə bu ixtisas üzrə öz vətənimə və millətimə xidmət edəcəyəm. Bu ixtisasın Azərbaycanda inkişafına çalışacağam”.

Hansı universitetlər müəllimlik ixtisaslarına qəbulu dayandırdı?

Ən bahalı universitetlərimiz: illik təhsil haqqı nə qədərdir? – SİYAHI

Sanatoriya göndərişlərinə niyə imtina cavabı verilir?

Müəllimlərin məktəbdə yemək yeməsi xəbərdirmi? – ÇAĞIRIŞ

Kollecdən ali təhsilə açılan qapı: Təhsildə “subbakalavr” dövrü

Dövlət Proqramı vakansiya elan edib
Qəzetin PDF arxivi



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.