Bütün xəbərlər
22 sentyabr, 17:24

Sumqayıt Dövlət Universitetində (SDU) yeni kadr təyinatları həyata keçirilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, SDU-nun rektoru v.i.e., professor Əminağa Sadıqovun müvafiq əmrlərinə əsasən, bir sıra struktur bölmələrə yeni rəhbərlər təyin olunub.

Tədris Metodiki Mərkəzin direktoru vəzifəsinə fəlsəfə doktoru Elnarə Məmmədova təyin edilib. O, Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr və magistratura təhsilini başa vurub, 2022-ci ildə iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2005-ci ildən SDU-da fəaliyyət göstərən Elnarə Məmmədova müxtəlif kafedralarda pedaqoji işlə yanaşı, elmi fəaliyyətini də uğurla davam etdirib. Onun 59 elmi əsəri, 5 fənn proqramı mövcuddur, məqalələri beynəlxalq reytinqli jurnallarda dərc olunub. Elmi-pedaqoji fəaliyyəti yüksək qiymətləndirildiyi üçün Elm və Təhsil Nazirliyi və Sumqayıt Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunub.

Beynəlxalq əməkdaşlıq və strateji layihələr şöbəsinin müdiri vəzifəsinə isə Aysel Eminova təyin olunub. Azərbaycan Dillər Universitetinin Avropaşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsini fərqlənmə diplomu ilə bitirən Aysel Eminova 2013-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində MBA təhsilini ingilis dilində tamamlayıb. O həm ölkədə, həm də ABŞ, Türkiyə, İsveç, Çin, Rusiya və Səudiyyə Ərəbistanı kimi ölkələrdə keçirilən müxtəlif beynəlxalq tədbirlərdə iştirak edib, bir sıra nüfuzlu layihələrin icrasında təcrübə qazanıb. Hazırda doktorantura təhsili alır və “Rəqabət şəraitində müəssisənin dayanıqlılığının qiymətləndirilməsi” mövzusunda dissertasiya üzərində çalışır. Onun elmi məqalələri və tezisləri həm yerli, həm də beynəlxalq nəşrlərdə işıq üzü görüb.

Digər kadr təyinatına əsasən, Anar Dünyamalıyev Karyera və Məzunlarla İş Mərkəzinin direktoru vəzifəsinə gətirilib. SDU-nun məzunu olan Anar Dünyamalıyev 2007-ci ildən universitetdə müxtəlif vəzifələrdə çalışıb: Elektroenergetika kafedrasında laborant, İnformasiya Texnologiyalar Mərkəzində şöbə müdiri, İctimaiyyətlə əlaqələr şöbəsində və Mükəmməllik Mərkəzində baş mütəxəssis kimi fəaliyyət göstərib. 

O həmçinin Dövlət İmtahan Mərkəzinin SDU-da fəaliyyət göstərən məsləhət mərkəzində işləmişdir. Yerli və beynəlxalq təlimlərdə iştirak edən Anar Dünyamalıyev müxtəlif sahələrdə bilik və bacarıqlarını artıraraq, bir neçə elmi məqalə və tezisin müəllifi olub.

Şərhlər

Xəbər lenti

22 sentyabr, 17:42

Təhsilə sərmayə qoyuluşu 2025

22 sentyabr, 16:45

Naxçıvanın 4 karateçisi beynəlxalq turnirin mükafatçısı olub 

22 sentyabr, 16:40

Astronomik payız başlayır

22 sentyabr, 16:35

BMU İndoneziya universiteti ilə əməkdaşlıq edəcək

22 sentyabr, 16:33

Azərbaycan Texnologiya Universitetində süni intellekt hakatonu keçiriləcək

22 sentyabr, 16:15

Üç ölkədə təhsil təcrübəsi – “Uğurun sirri öz potensialını kəşf etməkdir”

22 sentyabr, 16:13

Bakı Türk Anadolu Liseyinin yeni binası istifadəyə verilib

22 sentyabr, 15:55

İlber Ortaylı: Azərbaycanda təhsil sistemi daha ciddidir, amma eyni problemlərimiz var – MÜSAHİBƏ

22 sentyabr, 15:48

Təhsilin İnkişafı Fondu ilə MÜSİAD Azərbaycan arasında görüş keçirilib

22 sentyabr, 15:28

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanı keçiriləcək

22 sentyabr, 14:28

Təhsilə baxış 2025

22 sentyabr, 13:17

Valideyn–uşaq kommunikasiyasını təkmilləşdirmək üçün alət: “Chat2Learn”

22 sentyabr, 13:15

Rektor: Qarabağ Universitetini seçmək müəllimlər və tələbələr üçün böyük məsuliyyətdir

22 sentyabr, 13:10

Yusuf Tekin: Azərbaycanın zəngin təhsil təcrübəsindən faydalanmaq niyyətindəyik 

22 sentyabr, 13:10

“Nə? Harada? Nə zaman?” oyunu üzrə Sumqayıt şəhər açıq kuboku keçirilib

22 sentyabr, 12:47

İstanbulda Azərbaycan məktəbi açılacaq

22 sentyabr, 12:35

Tələbələr üçün güzəştli gedişhaqqı tətbiq olunacaq

22 sentyabr, 12:33

Süni intellekt və təhsildə hüquqların qorunması

22 sentyabr, 12:30

Emin Əmrullayev: Azərbaycan-Türkiyə təhsil əlaqələri bu gün nümunəvi səviyyədədir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.