
“Azərbaycan-Türkiyə təhsil əlaqələrinin genişlənməsi çərçivəsində İstanbulda fəaliyyət göstərəcək Azərbaycan məktəbi həm orada yaşayan soydaşlarımızın uşaqlarının ana dilində və milli ruhda təhsil almasına, həm də iki ölkə arasında təhsil əməkdaşlığının daha da güclənməsinə xidmət edəcək. Bu imkan iki qardaş ölkə arasında təhsil əməkdaşlığının daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri bu gün Bakı Türk Anadolu liseyinin yeni binasının açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev səsləndirib.
“Bu bizim üçün bir ilk olacaq. Təcrübəmizdə ilk dəfə Azərbaycandan kənarda fəaliyyət göstərəcək Azərbaycan məktəbi modelini həyata keçirəcəyik. Eyni zamanda düşünürəm ki, bu məktəb İstanbulda işləyən və ya digər səbəblərlə yaşayan Azərbaycan vətəndaşları üçün də əhəmiyyətli fürsət yaradacaq. Bu baxımdan bu layihə Azərbaycan və Türkiyə təhsil sistemləri arasındakı dostluğu daha da möhkəmləndirəcək”, – deyə o əlavə edib.
Nazir bildirib ki, İstanbulda məktəbin yerləşəcəyi bina artıq Türkiyə tərəfindən ayrılıb: “Hazırda məktəb binasında təmir işləri gedir. İstanbulda Azərbaycan vətəndaşı çox olduğu üçün buna ehtiyac olduğunu düşündük. Məktəbdə Türkiyə və Azərbaycan tədrisi məzmunundan istifadə olunacaq”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər