
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və Layihələrin idarə olunması şöbəsinin müdiri Rəsul Həşimov MÜSİAD Azərbaycan dərnək mərkəzini ziyarət edib.
TİF-dən “Azərbaycan müəllimi”nə bildirilib ki, görüşdə MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli, İdarə Heyətinin üzvü Elvin Əliyev və Gənc MÜSİAD Azərbaycan sədri Akif Başoğlu iştirak edib.
Görüş zamanı universitet–sənaye əməkdaşlığı və Təhsilin İnkişafı Fondu ilə MÜSİAD Azərbaycan arasında birgə fəaliyyət imkanları müzakirə olunub. Elnur Nəsibov fondun həyata keçirdiyi layihələrdən bəhs edib, birgə əməkdaşlığın təhsil sektoruna gətirəcəyi faydalardan, dövlət-özəl tərəfdaşlığının əhəmiyyətindən söz açıb.
Daha sonra Rəşad Cabirli MÜSİAD Azərbaycanın universitetlərlə sıx əməkdaşlıq aparıldığını və bu çərçivədə mütəmadi olaraq müxtəlif layihələrin icra edildiyini bildirib.
Tərəflər universitet–sənaye əməkdaşlığının gücləndirilməsi və gənclərdə sahibkarlıq ruhunun təşviqi istiqamətində tərəfdaşlıq barədə razılığa gəliblər. Bu istiqamətdə, yaxın zamanda Təhsilin İnkişafı Fondu ilə MÜSİAD Azərbaycan arasında Tərəfdaşlıq Memorandumu imzalanacağı qeyd olunub.
1 /2
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər