Bütün xəbərlər
22 sentyabr, 14:28

OECD tərəfindən cari ayda “Təhsilə baxış 2025” adlı hesabat hazırlanıb. 

“Azərbaycan müəllimi” xəbər verir ki, Təhsil İnstitutunun Beynəlxalq Təhsil İcmalı bülleteninin sentyabr sayında hesabatdan çıxarışlara yer verilib.

Hesabat OECD-ə üzv və tərəfdaş ölkələrdə təhsil sistemlərinin hazırkı vəziyyətini təhlil edərək göstəriciləri müqayisə edir və siyasi tövsiyələri təqdim edir. Ali təhsilə dair məlumatlarla yanaşı, bacarığın inkişafı, sosial ədalət, müəllim çatışmazlığı və maliyyələşdirmə kimi mühüm istiqamətlər hesabatda yer alır. Burada qeyd olunan əsas göstəricilərdən biri odur ki, OECD ölkələrində 25-34 yaşlı gənclərin 48%-i artıq ali təhsilə malikdir. Bu göstərici 2000-ci ildə cəmi 27% təşkil edirdi. Ali təhsilə maraq artsa da, sosial bərabərsizliklər hələ də ölkələr üçün problem olaraq qalmaqda davam edir. Məsələn, hesabatdan aydın olur ki, valideynləri orta təhsili bitirməyən şəxslərin yalnız 26%-i ali təhsil alarkən, bu göstərici ali təhsilli valideynlərə sahib şəxslərdə 70%-ə çatır. Belə fərqlər Danimarka, İngiltərə və Belçikanın Flaman icmasında həyata keçirilən hədəfli müdaxilələr nəticəsində qismən azaldılıb. Adı sadalanan ölkələr sosial bərabərliyi təşviq edən qəbul sistemləri, maddi dəstək proqramları və mentorluq təşəbbüsləri vasitəsilə bu sahədə uğur qazanıblar. 

Təhsil səviyyəsi əmək bazarına çıxışda və gəlir səviyyəsində mühüm rol oynayır. Ali təhsilli şəxslər orta təhsilli şəxslərlə müqayisədə orta hesabla 54% daha yüksək gəlir əldə edirlər. Bu fərq magistratura və doktorantura səviyyəli məzunlar üçün 83%-ə qədər yüksəlir. Hesabat ali təhsilə giriş imkanlarının genişləndirilməsinin kifayət etmədiyini, təhsil keyfiyyətinin və tamamlama səviyyəsinin də artırılmasının vacibliyini göstərir. Mövcud statistikaya əsasən, bakalavr proqramlarına daxil olan tələbələrin yalnız 43%-i nəzərdə tutulan vaxtda məzun olur, əlavə 3 il müddətində isə bu göstərici 70%-ə çatır. Bu isə göstərir ki, proqram strukturlarının daha aydın tərtib olunması, akademik dəstək sistemlərinin gücləndirilməsi və maliyyə manelərinin aradan qaldırılması tələb olunur. Təhsilin iqtisadi faydası yalnız şəxsi deyil, eyni zamanda cəmiyyət üçün də əhəmiyyətlidir. Hesabatda vurğulanır ki, bir ali təhsil diplomunun ortalama ömürboyu maliyyə qazancı 300 000 ABŞ dollarını keçir.

Hesabatda geniş şəkildə təhlil edilən digər məsələ təhsilin nəticələri ilə bacarıq səviyyəsi arasındakı uyğunsuzluqdur. Belə ki, 2023-cü il üzrə Yetkinlərin Bacarıqlarının Qiymətləndirilməsi (PIAAC) nəticələrinə geniş yer verilir. Məlum olur ki, ali təhsilli şəxslərin belə 13%-i sadə mətnləri anlamaqda çətinlik çəkir. Bu isə ali təhsilin keyfiyyətinin və bacarıq əsaslı yanaşmanın əhəmiyyətini bir daha göstərir. Ümumilikdə isə aşağı təhsilli şəxslərin 61%-i, orta təhsilli şəxslərin isə 30%-i aşağı səviyyəli oxu bacarıqlarına malikdir. Bununla yanaşı, yaş artdıqca bacarıq azaldığı qeyd olunur. Belə ki, 25-34 yaşı olanlar 45-54 yaşı olanlardan orta hesabla 15 bal daha yüksək nəticə göstərirlər. Bu isə həm təhsilin davamlılığının, həm də böyüklər üçün yenidən təhsil proqramlarının zəruriliyini gündəmə gətirir. Bu məqsədlə mikrokvalifikasiyalar (microcredentials), çevik təlim modelləri və peşəyönümlü proqramlar təşviq olunmalıdır.

Təhsilin maliyyələşməsi də hesabatın diqqət mərkəzindədir. OECD ölkələrində bir tələbəyə düşən illik ali təhsil xərci 17 800 ABŞ dolları təşkil edir. Bu xərclərin 69%-i dövlət tərəfindən, qalan hissəsi isə özəl mənbələrdən təmin olunur. Erkən uşaqlıq təhsilindən ali təhsilə qədər bütün mərhələlərin davamlı maliyyə dəstəyi tələb etdiyi vurğulanır. Xüsusilə də mikromaliyyə vasitələri (təqaüdlər, kreditlər, təhsil kuponları) sosial bərabərliyin təmin olunmasında mühüm rol oynayır.

Hesabatda təhsil sistemlərinin qarşılaşdığı ən ciddi problemlərdən biri kimi müəllim çatışmazlığı qeyd olunur. 2022-2023-cü tədris ilində Avstriya, Niderland və İsveçdə müəllim vəzifələrinin 2%-dən çoxu tam dolmayıb. Eyni zamanda bəzi ölkələrdə könüllü olaraq müəllimlərin il ərzində peşədən getmə səviyyəsi 10%-ə çatır (məsələn, Danimarka, Estoniya və İngiltərə). Bu isə təhsil sistemlərində kadr sabitliyini pozur və ikinci karyerası müəllimlik olan şəxslərin işə cəlb olunmasını, alternativ sertifikatlaşdırma yollarının yaradılmasını və iş şəraitinin yaxşılaşdırılmasını tövsiyə edir.

“Təhsilə baxış 2025” hesabatı göstərir ki, təhsil sistemləri yalnız genişlənmək deyil, həm də dərinləşmək məcburiyyətindədir. Ali təhsil diplomlarının artması müsbət göstəricidir, lakin bacarıq keyfiyyətində və sosial ədalətdə geriliklər vardır. Bu səbəbdən OECD aşağıdakı sistemli tövsiyələri verir:

– Təhsilin keyfiyyəti və nəticələri artırılmalıdır – bacarıq əsaslı tədris modelləri tətbiq olunmalıdır.

– Sosial bərabərlik dəstəklənməlidir – ailə təhsil səviyyəsi aşağı olanlara əlavə dəstək vacibdir.

– Təhsil proqramları çevikləşdirilməlidir – mikrosertifikatlar və işə uyğun qısa kurslar təklif olunmalıdır.

– Müəllim resursları gücləndirilməlidir – müəllimlərin təlimi, rifahı və motivasiyası yüksəldilməlidir.

– Bacarıqların ölçülməsi və yenilənməsi sistemə daxil edilməlidir – PIAAC və digər ölçmələr təkmilləşdirilməlidir.

Mənbə: OECD (2025), Education at a Glance 2025: OECD Indicators, OECD Publishing, Paris https://doi.org/10.1787/1c0d9c79-en.

Şərhlər

Xəbər lenti

22 sentyabr, 17:42

Təhsilə sərmayə qoyuluşu 2025

22 sentyabr, 17:24

Sumqayıt Dövlət Universitetində yeni kadr təyinatları olub

22 sentyabr, 16:45

Naxçıvanın 4 karateçisi beynəlxalq turnirin mükafatçısı olub 

22 sentyabr, 16:40

Astronomik payız başlayır

22 sentyabr, 16:35

BMU İndoneziya universiteti ilə əməkdaşlıq edəcək

22 sentyabr, 16:33

Azərbaycan Texnologiya Universitetində süni intellekt hakatonu keçiriləcək

22 sentyabr, 16:15

Üç ölkədə təhsil təcrübəsi – “Uğurun sirri öz potensialını kəşf etməkdir”

22 sentyabr, 16:13

Bakı Türk Anadolu Liseyinin yeni binası istifadəyə verilib

22 sentyabr, 15:55

İlber Ortaylı: Azərbaycanda təhsil sistemi daha ciddidir, amma eyni problemlərimiz var – MÜSAHİBƏ

22 sentyabr, 15:48

Təhsilin İnkişafı Fondu ilə MÜSİAD Azərbaycan arasında görüş keçirilib

22 sentyabr, 15:28

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanı keçiriləcək

22 sentyabr, 13:17

Valideyn–uşaq kommunikasiyasını təkmilləşdirmək üçün alət: “Chat2Learn”

22 sentyabr, 13:15

Rektor: Qarabağ Universitetini seçmək müəllimlər və tələbələr üçün böyük məsuliyyətdir

22 sentyabr, 13:10

Yusuf Tekin: Azərbaycanın zəngin təhsil təcrübəsindən faydalanmaq niyyətindəyik 

22 sentyabr, 13:10

“Nə? Harada? Nə zaman?” oyunu üzrə Sumqayıt şəhər açıq kuboku keçirilib

22 sentyabr, 12:47

İstanbulda Azərbaycan məktəbi açılacaq

22 sentyabr, 12:35

Tələbələr üçün güzəştli gedişhaqqı tətbiq olunacaq

22 sentyabr, 12:33

Süni intellekt və təhsildə hüquqların qorunması

22 sentyabr, 12:30

Emin Əmrullayev: Azərbaycan-Türkiyə təhsil əlaqələri bu gün nümunəvi səviyyədədir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.