Bütün xəbərlər
22 sentyabr, 16:40

Bu il payız fəsli Azərbaycana saat 22:19-da daxil olacaq və şimal yarımkürəsində astronomik payız başlayacaq.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Bildirilib ki, bu zaman Günəş ekliptika üzrə hərəkət edərək payız bərabərliyi nöqtəsində göy ekvatorunu kəsir və Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçir. Bu andan Şimal yarımkürəsində payız fəsli, Cənub yarımkürəsində isə yaz fəsli başlayır. Həmin gün Günəşin şüaları Yerə düz bucaq altında düşdüyünə görə gecə ilə gündüzün uzunluğu bərabərləşərək bütün coğrafi enliklərdə 12 saat olur. Şimal yarımkürəsində günlər qısalmağa, gecələr uzanmağa, havalar tədricən soyumağa başlayır.

Qeyd edək ki, ekvatorda  gecə-gündüzün uzunluğu ilboyu dəyişmir və 12 saat olaraq qalır. Ekvatordan qütblərə doğru getdikcə isə Günəş şüasının düşmə bucağı zamanla dəyişdiyindən bu  fərq artaraq yay və qış günəşduruşu günləri 24 saata çatır.

Beləliklə, fəsillərin yaranmasının əsas səbəbi ekliptika ilə göy ekvatorunun 23.5°-lik bucaq əmələ gətirməsi, ilin müxtəlif vaxtlarında Günəş şüalarının düşmə bucağının dəyişməsi  və Yer səthinin fərqli miqdarda istilik alması ilə əlaqədardır.

Şərhlər

Xəbər lenti

22 sentyabr, 17:42

Təhsilə sərmayə qoyuluşu 2025

22 sentyabr, 17:24

Sumqayıt Dövlət Universitetində yeni kadr təyinatları olub

22 sentyabr, 16:45

Naxçıvanın 4 karateçisi beynəlxalq turnirin mükafatçısı olub 

22 sentyabr, 16:35

BMU İndoneziya universiteti ilə əməkdaşlıq edəcək

22 sentyabr, 16:33

Azərbaycan Texnologiya Universitetində süni intellekt hakatonu keçiriləcək

22 sentyabr, 16:15

Üç ölkədə təhsil təcrübəsi – “Uğurun sirri öz potensialını kəşf etməkdir”

22 sentyabr, 16:13

Bakı Türk Anadolu Liseyinin yeni binası istifadəyə verilib

22 sentyabr, 15:55

İlber Ortaylı: Azərbaycanda təhsil sistemi daha ciddidir, amma eyni problemlərimiz var – MÜSAHİBƏ

22 sentyabr, 15:48

Təhsilin İnkişafı Fondu ilə MÜSİAD Azərbaycan arasında görüş keçirilib

22 sentyabr, 15:28

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanı keçiriləcək

22 sentyabr, 14:28

Təhsilə baxış 2025

22 sentyabr, 13:17

Valideyn–uşaq kommunikasiyasını təkmilləşdirmək üçün alət: “Chat2Learn”

22 sentyabr, 13:15

Rektor: Qarabağ Universitetini seçmək müəllimlər və tələbələr üçün böyük məsuliyyətdir

22 sentyabr, 13:10

Yusuf Tekin: Azərbaycanın zəngin təhsil təcrübəsindən faydalanmaq niyyətindəyik 

22 sentyabr, 13:10

“Nə? Harada? Nə zaman?” oyunu üzrə Sumqayıt şəhər açıq kuboku keçirilib

22 sentyabr, 12:47

İstanbulda Azərbaycan məktəbi açılacaq

22 sentyabr, 12:35

Tələbələr üçün güzəştli gedişhaqqı tətbiq olunacaq

22 sentyabr, 12:33

Süni intellekt və təhsildə hüquqların qorunması

22 sentyabr, 12:30

Emin Əmrullayev: Azərbaycan-Türkiyə təhsil əlaqələri bu gün nümunəvi səviyyədədir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.