Bütün xəbərlər
28 avqust, 15:53

Ötən gün bəzi mətbu orqanlar paytaxt məktəblərinin birində müəllimlərin bir süfrə arxasında asudə vaxt keçirmələrini "Müəllimlər məktəbdə məclis təşkil etdilər" tipli başlıqlarla tirajlayıblar.

İlk növbədə, qeyd edək ki, hələ tədris prosesi başlamayıb. İkincisi hər bir media orqanının redaksiyasında, yəqin ki, əməkdaşlar bir araya toplaşıb yemək yeyirlər. Məsələn, biz "Azərbaycan müəllimi" qəzeti heyəti olaraq bunu edirik. Və burada qeyri-adi bir şey olmadığını düşünürük. Həmçinin bu tip toplaşmalar komanda ruhuna müsbət təsir edən element kimi dünya təcrübəsində də var. Bu gün ABŞ-də, Çində əməkdaşların günorta fasiləsi zamanı istirahət etmələri üçün müxtəlif şirkətlərdə fərqli tədbirlər görülür. Çünki istirahət də həyatın bir hissəsidir və insan robot deyil.

Bəli, müəllim də insandır və müəllimlər də yemək yeyə bilərlər. Onlar da bir iş gününün ortasında nahar fasiləsi edə, bir masa arxasında həmkarları ilə bir araya gələ bilərlər. Bu, nə tədrisə mane olur, nə də etik qaydaların pozulması anlamına gəlir. Əksinə, bu həm peşəkar həmrəyliyin, həm də işgüzar dostluğun bir göstəricisidir.

Unutmayaq: Günün böyük hissəsini məktəbdə keçirən, onlarla şagirdin təlim-tərbiyəsi ilə məşğul olanlar da yemək, istirahət və ünsiyyət kimi sadə insani ehtiyaclarını qarşılamaq haqqına malikdir.

Bəzi mətbu orqanlarda, sosial şəbəkələrdə bu cür görüntülərin “məclis” adı ilə paylaşılması və müəllimlərin hədəfə çevrilməsi təəssüf doğurur. Cəmiyyət olaraq biz müəllimlərə daha çox dəstək göstərməli, onların gündəlik zəhmətinə anlayış və hörmətlə yanaşmalıyıq.

İnsanlığımızı peşəkarlıqdan ayırmamalıyıq. Yemək yemək təhsil prosesinə zərər vurmur, amma sosial qınaq, qeyri-obyektiv yanaşmalar müəllim nüfuzuna ciddi təsir edə bilər.

Sosial şəbəkədə tirajlanan “məclis”dəkilər uşaqlarımızın qarşıdan gələn tədris ilinə hazırlaşır: məktəbi, sinif otaqlarını daha işıqlı, səliqəli etməyə çalışan, təhsil ocağının həyətinin abadlaşdırılmasına, təhlükəsizliyi qayğısına qalan əməkçi insanlardır. Tədris ilinin başlanmasına sayılı günlər qalır, hələ dərslər başlamayıb, müəllimlərimiz uşaqlarımız üçün tədris planlarını tərtib edir, qarşıdan gələn tədris ili ilə bağlı hazırlıqlarını görürlər.

Övladlarımız üçün fədakarlıqlar göstərən müəllimlərimizin, günlərlə, aylarla, ilboyu təhsil ocağını uşaqlarımız üçün qoruyan texniki heyətin hədəfə alınması təəssüf doğurur.

Biz müəllimlərdən çox şey gözləyirik – fədakarlıq, səbir, vicdanla xidmət və yüksək nəticələr. Lakin bu gözləntilərin qarşılığında onlara insani münasibət, anlayış və dəstək göstərmək də bir o qədər vacibdir.

Şərhlər

Xəbər lenti

28 avqust, 20:49

Leyla Əliyeva Şamaxıda uşaq bağçalarının açılışında iştirak edib

28 avqust, 17:45

Nazir müavini Həsən Həsənli Uqandanın xarici işlər üzrə dövlət naziri ilə görüşüb

28 avqust, 17:26

Kəlbəcərdəki yeni məktəbdə ilk mərhələdə 68 şagird və 20 müəllim tədrisə cəlb olunacaq

28 avqust, 17:05

Magistraturaya əlavə yerləşdirmə ilə qəbul olunanların NƏZƏRİNƏ!

28 avqust, 16:47

Uşaqların Müdafiəsi İdarəsinin mütəxəssisləri 114 məktəbdə çalışacaqlar

28 avqust, 16:38

25 yaşında köçkün, 57 yaşında Qarabağa qayıdan usta oldu 

28 avqust, 16:35

Qusarın poliqlot müəllimi: İndi ərəb dilini öyrənirəm, gələcəkdə başqalarını da öyrənəcəyəm – MÜSAHİBƏ

28 avqust, 15:05

“Azercell"in “Audio Kitablar” xidməti ilə kitabları hər yerdə dinləmək mümkündür

28 avqust, 14:56

Şəki-Zaqatala bölgəsində 172 məzun qəbul imtahanlarında 600-dən yuxarı bal toplayıb

28 avqust, 14:50

Gürcüstanda 1,8 milyon illik insan çənəsi tapıldı

28 avqust, 14:22

Bir qrup təhsil işçisi Müəllimlərin XXI Yay İdman Oyunlarında iştirak edir

28 avqust, 14:12

182 nömrəli məktəbdən açıqlama: Görüntülər dərs vaxtı çəkilməyib

28 avqust, 13:30

Rus bölməsinin 6-cı sinifləri üçün yeni “Azərbaycan tarixi” dərsliyi hazırlanıb

28 avqust, 13:04

İlin ən möhtəşəm yarışı ICPC-nin başlamasına 3 gün qalıb!

28 avqust, 13:00

Tələbə kimi getdiyi Çikaqo Universitetindən müəllimlik təklifi aldı

28 avqust, 12:48

“Parla”nın məzunu Dövlət Proqramının iştirakçısı olub

28 avqust, 12:31

Bu il hansı yeni dərsliklər olacaq?

28 avqust, 12:20

Sabahın hava proqnozu açıqlanıb

28 avqust, 12:12

BSU-da doktoranturaya qəbul imtahanı ilə bağlı koordinasiya görüşü keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.