Bütün xəbərlər
27 avqust, 17:29

Dövlət Proqramı İdarəetmə Qrupu vakansiya elan edib.

“Azərbaycan müəllimi” xəbər verir ki, vakansiyaya son müraciət tarixi sentyabrın 10-dur.

Vəzifənin adı: Proqram iştirakçıları ilə iş üzrə mütəxəssis

Tabe olduğu şəxs: Layihə Meneceri / İdarəetmə Qrupunun Rəhbəri

Vəzifə haqqında ümumi məlumat

Proqram iştirakçıları ilə iş üzrə mütəxəssis Dövlət Proqramının icrası çərçivəsində iştirakçıların qəbul mərhələsindən məzun olduğu dövrədək bütün proseslərinə nəzarət edir. Bu vəzifə sənədlərin yoxlanılması, maliyyə əməliyyatları, müqavilələrin tənzimlənməsi, universitetlərlə koordinasiyanın qurulması tərəfdaşlarla əməkdaşlıq yolu ilə proqramın səmərəli icrasını təmin edir. Proqram iştirakçıları ilə iş üzrə mütəxəssis təqaüdçülər üçün əsas əlaqələndirici şəxs qismində çıxış edir, onları inzibati prosedurlar barədə məlumatlandırır, adaptasiya prosesinə dəstək göstərir və proqramın tələblərinə riayət olunmasına nəzarət edir. 

Əsas vəzifə öhdəlikləri

Qəbul və qeydiyyat üzrə dəstək

• Müraciət üçün tələb olunan sənədləri yoxlamaq və proqram qaydalarına uyğunluğunu təsdiq etmək.

• Müsahibələrin cədvəlini tərtib etmək, seçim prosesini və komissiyanın fəaliyyətini koordinasiya etmək.

• Təqaüd müqavilələrinin hazırlanmasını və imzalanmasını təşkil etmək, sənədlərin Nazirliyə təqdim olunmasını təmin etmək.

Təqaüdçülərlə iş və dəstək

• Doktorantura və magistratura təqaüdçüləri ilə mütəmadi əlaqə saxlamaq.

• Müqavilələrin uzadılması, dayandırılması və universitet dəyişikliklərinə dəstək vermək.

• Təhsil müəssisələrində qeydiyyat vəziyyətini  yoxlamaq və zəruri təqdimatları Nazirliyə təqdim etmək.

• Təqaüdçülərin tədqiqat, tədris və kurikulumun hazırlanması daxil olmaqla, akademik öhdəliklərini yerinə yetirdiyinə əmin olmaq.

• Təqaüd müqavilələrinin şərtlərinə əməl olunmasını izləmək, akademik nəticələri qiymətləndirmək.

• Tələbələrin akademik mühitə adaptasiyasına kömək etmək üçün birbaşa onlara istiqamət vermək, eləcə də bu məqsədlə universitetlər və ailələrlə koordinasiya işləri aparmaq. 

• Yaşayış xərcləri üçün bank kartlarının təqdim edilməsini təmin etmək.

• Universitetlərlə birlikdə təqaüdçülərin qeydiyyat, akademik vəziyyət və maliyyə məsələlərini koordinasiya etmək.

Maliyyə dəstəyi və geri ödənişlər

• Təhsil haqqı, yaşayış xərcləri və sığorta ilə bağlı maliyyə sənədlərini yoxlamaq və işləmək.

• Maliyyə müraciətlərinin vaxtında təqdim olunmasını və təsdiq edilməsini təmin etmək.

• Maliyyə şöbəsi ilə ödənişlərin izlənilməsi və problemlərin həlli istiqamətində əməkdaşlıq etmək.

• Təqaüd kartları ilə bağlı məsələləri (itmə, əvəzləmə və s.) həll etmək.

Tərəfdaşlarla kommunikasiya və koordinasiya

• Yerli və xarici universitetlərlə təqaüdçülərin vəziyyəti və maliyyələşməsi barədə əlaqə saxlamaq.

• Proqramla bağlı yeniliklər və hesabatlar üçün maliyyə və marketinq departamentləri ilə əməkdaşlıq etmək.

• Təsdiq, hesabatvermə və uyğunluğun təmin edilməsi məqsədilə Nazirliklə birgə işləmək.

Monitorinq və hesabatlılıq

• Təqaüdçülərin nəticələri, universitet yerləşdirmələri və maliyyə ödənişlərinə dair dəqiq bazanı saxlamaq, aylıq və rüblük hesabatlar hazırlamaq.

• Müqavilələrin statusunu (müddətinin bitməsi, uzadılması və məzun olması daxil olmaqla) izləmək.

• Təqaüdçülərin təcrübəsini qiymətləndirmək üçün mütəmadi məmnuniyyət sorğuları keçirmək.

• Akademik sahələr üzrə tələbələrin sayını izləmək və proqram tendensiyalarını təhlil etmək.

İctimaiyyətlə əlaqə və digər öhdəliklər

• Təqaüd proqramının təqdimatı üçün tanıtım tədbirlərində iştirak etmək.

• Marketinq şöbəsi ilə birlikdə təqaüdçülərin nailiyyətlərini işıqlandırmaq.

• Bütün rəsmi sənədlərin Nazirliyin elektron sənəd dövriyyəsi sistemi vasitəsilə rəsmiləşdirilməsini təmin etmək.

• Rəsmi məktublar hazırlamaq, universitetlərdən və proqram iştirakçılarından daxil olan sorğulara cavab vermək.

Tələblər

• Təhsil, idarəetmə və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi;

• Ən azı 2–3 il müddətində proqram koordinasiyası, universitet və ya dövlət idarəçiliyi sahəsində iş təcrübəsi.;

• Universitet idarəçiliyi və maraqlı tərəflərlə əməkdaşlıq sahəsində biliklər;

• Güclü təşkilatçılıq və ünsiyyət bacarıqları, dəqiqlik, problem həll etmə qabiliyyəti;

• Azərbaycan və ingilis dillərində səlis danışıq və yazı bacarığı. 

Qeyd: CV-lərinizi “Proqram iştirakçıları ilə iş üzrə mütəxəssis” başlığı ilə Aysel.Amiraslanova@edu.gov.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Şərhlər

Xəbər lenti

16 sentyabr, 21:42

BƏƏ ilə təhsildə süni intellektin genişləndirilməsinə dair Memorandum imzalanıb

16 sentyabr, 16:55

Naxçıvanda 562 tələbə peşə təhsili müəssisələrinə qəbul olub

16 sentyabr, 16:40

Yüksək ballı tələbələr müəllimliyi seçdilər

16 sentyabr, 15:28

Regional Təhsil İdarəsindən Cəlilabad məktəbindəki insident ilə bağlı AÇIQLAMA

16 sentyabr, 14:58

Sertifikatlaşdırmanın müsahibə mərhələsinə start verilib

16 sentyabr, 14:57

Naxçıvan Müəllimlər İnstitutunun 25 illiyinə həsr olunmuş konfrans keçiriləcək 

16 sentyabr, 14:52

Lənkəran-Astara üzrə 8910 nəfər I siniflərdə dərslərə başlayıb

16 sentyabr, 14:44

MDU-da “İnnovativ Tədris və İnkişaf” layihəsi çərçivəsində dərslərə başlanılıb

16 sentyabr, 14:42

Qazax-Tovuz regionunda 80 təhsil müəssisəsində infrastruktur yenilənib

16 sentyabr, 14:37

Naxçıvanlı karateçilər ölkə çempionatında 1 qızıl, 3 gümüş medal qazanıblar

16 sentyabr, 14:37

ICESCO-nun Baş direktoru Şuşa 1 nömrəli məktəb və Qarabağ Universitetində olub

16 sentyabr, 14:26

“Parla” təqaüd və inkişaf proqramına qəbul üçün qeydiyyat başladı

16 sentyabr, 14:15

Birləşmiş Dünya Məktəbinin ilk azərbaycanlı tələbəsi

16 sentyabr, 13:13

Universitetlərdə aparılan akkreditasiya zamanı hansı nöqsanlar aşkarlanıb?

16 sentyabr, 12:35

Bəzi xarici universitetlər siyahıya düşməmək üçün TKTA-ya müraciət edirlər

16 sentyabr, 12:31

Sədr saxta diplom məsələsinə aydınlıq gətirib

16 sentyabr, 12:28

Qeyri-formal və informal təhsilin tanınması üzrə agentliyə 226 müraciət daxil olub

16 sentyabr, 12:26

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin nəticələri açıqlanıb

16 sentyabr, 12:17

“Mühəndislik” ixtisası üzrə xaricdə təhsil alanların peşə imtahanında müvəffəqiyyət göstəriciləri 21 faizdir

16 sentyabr, 12:04

“Hüquqşünaslıq” üzrə imtahanda iştirak edənlərin yalnız 22%-i şəhadətnamə alıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.