Qarabağ Universiteti üçün 51 milyon manat ayrılacaq

13 Noyabr, 2026 - 13:01
Qarabağ Universiteti üçün 51 milyon manat ayrılacaq

2027-ci ilin dövlət büdcəsi layihəsində Qarabağ Universitetinin fəaliyyətinin təmin olunması üçün 51 milyon manat vəsait nəzərdə tutulub.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.

A.İsgəndərov qeyd edib ki, 2027-ci ilin dövlət büdcəsi layihəsində elmin maliyyələşdirilməsi üçün 257,9 milyon manat vəsait nəzərdə tutulur.