UNEC-in ingilisdilli proqramları Mərakeş məktəblilərinin böyük marağına səbəb olub

13 Noyabr, 2026 - 12:47
UNEC-in ingilisdilli proqramları Mərakeş məktəblilərinin böyük marağına səbəb olub

Ərəb regionu ilə əlaqələrin genişləndirilməsi istiqamətində UNEC  növbəti addım atıb. Belə ki, bir müddət əvvəl UNEC rektoru, professor Ədalət Muradovun iştirak etdiyi The Higher Education (THE) Ərəb Universitetləri Sammitinə  səfərinin davamı olaraq, universitet bu dəfə Mərakeşdə təşkil olunan “Gulf Education Exhibition 2026” beynəlxalq təhsil sərgisinə qatılıb.

"Azərbaycan müəllimi" xəbər verir ki,12-13 noyabr tarixlərində Mərakeşin Rabat və Kasablanka şəhərlərində keçirilən nüfuzlu sərgidə Azərbaycan ali təhsil müəssisələri arasında yalnız UNEC iştirak edir.

Tədbirin ilk günündə Rabat şəhərində yerli təhsil müəssisələrinin nümayəndələri və məktəblilərlə görüşlər keçirilib. Sərgi boyunca UNEC-in stendinə çoxsaylı məktəblilər yaxınlaşaraq Azərbaycanda, xüsusilə də UNEC-də təhsil almaq imkanları, qəbul şərtləri və ingilisdilli proqramlarla yaxından maraqlanıblar. Abituriyentlər arasında daha çox maliyyə, biznesin idarə edilməsi və informasiya texnologiyaları (IT) ixtisaslarına, eləcə də ikili diplom və tələbə mübadiləsi proqramlarına üstünlük verilib.

UNEC nümayəndələri Rabat şəhərində yerləşən Zenith School və digər 3 məktəbə də səfər ediblər. Şagird və müəllimlər tərəfindən UNEC-in tədris imkanlarına böyük maraq göstərilib, universitetin beynəlxalq proqramları, tələbə həyatı şagirdlərin diqqətini çəkərək onların çoxsaylı sualları cavablandırılıb. 

UNEC qarşıdakı dövrdə də ərəb ölkələri ilə əlaqələrin inkişafını beynəlmiləlləşmə siyasətinin mühüm istiqamətlərindən biri kimi davam etdirəcək.