LDU uşaq evlərinə 1,5 ton sitrus payı göndərib

13 Noyabr, 2026 - 13:54
LDU uşaq evlərinə 1,5 ton sitrus payı göndərib

Lənkəran Dövlət Universitetinin (LDU) Aqrar və mühəndislik fakültəsinin tələbələri yetişdirdikləri 1,5 tona yaxın sitrus meyvəsini Bakı və Bakıətrafı rayonlarda yerləşən uşaq evi sosial xidmət müəssisələrinə göndəriblər.

"Azərbaycan müəllimi" xəbər verir ki, sovqat üçün nəzərdə tutulan meyvələr universitetin 2,7 hektarlıq aqrar tədris-təcrübə bazasında aqrar ixtisaslar üzrə təhsil alan tələbələr tərəfindən yetişdirilib.

Artıq 3 ildir davam edən bu xeyriyyə təşəbbüsü tələbələrdə sosial məsuliyyət hissinin formalaşdırılmasına, paylaşmaq və qayğı göstərmək dəyərlərinin təşviqinə xidmət edir.

Sosial xidmət müəssisələrinin rəhbərləri göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə və tələbələrə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, bu, LDU tələbələrinin uşaqlara ünvanladığı növbəti sitrus sovqatıdır. Daha əvvəl də uşaq evi sosial xidmət müəssisələrinə 1 tondan artıq sitrus meyvəsi göndərilib.