Bütün xəbərlər
30 aprel, 14:43

Bu gün gənclər arasında xaricdə təhsil almaq istəyi əvvəlki illərlə müqayisədə daha geniş vüsət alıb. Xaricdə təhsil seçimi onlara yalnız akademik biliklər qazandırmır, həm də şəxsi inkişaf, qlobal təcrübə və geniş dünyagörüşü imkanı verir. Dünya universitetlərinin güclü tədris proqramları, qabaqcıl araşdırma imkanları və peşəkar professor heyətləri gənclərə nəzəri biliklərlə yanaşı, praktiki bacarıq və səriştələr də aşılamaqdadır.

Xaricdə oxumaq istəyən gənclər seçim edərkən bir çox mühüm məqamlara diqqət yetirirlər. Onlar universitetin beynəlxalq nüfuzuna, tədris səviyyəsinə, təqdim etdiyi diplomun Azərbaycanda rəsmi tanınıb-tanınmamasına, təqaüd imkanlarına və yaşadıqları ölkənin dil və mədəniyyət mühitinə xüsusi önəm verirlər. Çünki xaricdə alınan diplom yalnız vətənə qayıtdıqda rəsmi olaraq tanınarsa, iş həyatında real dəyər qazanır. Elə buna görə də, gənclər təkcə xaricdə oxumağı deyil, həm də gələcəkdə bu diplomla ölkəmizdə uğurla fəaliyyət göstərməyi əsas hədəf kimi müəyyənləşdirirlər.

Gənclərimizin xaricdə təhsil coğrafiyası isə genişlənir. Bu istiqamətdə son günlərdə mühüm bir addım da atılıb. Belə ki, Bakıda keçirilən görüşdə Malayziya və Azərbaycan universitetlərinin rektorları arasında əməkdaşlıq əlaqələri müzakirə olunub. Nəticədə, 2025-ci ildən etibarən Malayziyanın 7 universiteti Azərbaycanın “Xaricdə təhsil” proqramına daxil edilib. Bu qərar azərbaycanlı tələbələrə Malayziyada tam təqaüdlü, yüksək keyfiyyətli təhsil almaq imkanı yaradacaq. Malayziya Təhsil Sərgisi zamanı universitet nümayəndələri ilə keçirilən görüşlər də tələbələrə ölkə haqqında daha geniş informasiya əldə etmək şansı verib.

"Azərbaycan müəllimi" olaraq, bu sərgidə iştirak edən gənclərlə söhbətimiz göstərdi ki, onların seçim yanaşmaları bir-birindən fərqlənsə də, əsas məqsəd keyfiyyətli təhsil və gələcəkdə vətənə fayda verməkdir. Bakı şəhəri 236 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Ömər Məhərov Malayziyada təhsil almaq arzusundadır. O, bildirib ki, bir həftə Malayziyada yaşayıb və həm təhsil səviyyəsini, həm də ölkənin mədəniyyətini yaxından tanıyıb. Onun sözlərinə görə, universitetlərin kampus həyatı, dərslərin interaktiv təşkili və şəhərin inkişaf etmiş infrastrukturu onu bu ölkəyə aşiq edib. Ömər gələcəkdə informasiya texnologiyaları sahəsində ixtisaslaşmaq istəyir və hazırda IELTS imtahanına hazırlaşır.

Bakı şəhəri 169 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi İsmayıl İsgəndərli ali təhsil üçün seçim edərkən yalnız universitetin adını və ixtisası deyil, həm də təhsil mühitini, dil imkanlarını və gələcək perspektivləri nəzərə alır. Gənc və məqsədyönlü İsmayılın seçimində isə Malayziya ön plana çıxıb. O, bu qərarını təsadüfi verməyib. Yay məktəbi proqramı çərçivəsində bir müddət Malayziyada olan İsmayıl, orada keçirdiyi günlər ərzində ölkənin inkişaf səviyyəsini, müasir texnologiyalara yanaşmasını və gündəlik həyatın hər sahəsində ingilis dilinin nə dərəcədə fəal istifadə olunduğunu yaxından müşahidə edib. Bu təcrübə onun üçün yalnız təhsil deyil, həm də fərdi inkişaf baxımından dəyərli olub: “Malayziyada keçirdiyim müddətdə anladım ki, bu ölkə təkcə Asiyanın deyil, dünyanın müxtəlif yerlərindən gələn tələbələr üçün də cəlbedici məkandır. Təhsil keyfiyyəti, texnologiyaya verdikləri önəm və çoxmədəniyyətli mühit orada inkişaf üçün geniş imkanlar yaradır”.

Onun arzusu proqramlaşdırma sahəsində dərin biliklərə yiyələnmək, dörd illik bakalavr təhsilini uğurla başa vurduqdan sonra isə Azərbaycana qayıdaraq qazandığı təcrübəni və bilikləri ölkəsinin inkişafı naminə istifadə etməkdir: “Vətənimə faydalı olmaq istəyirəm. Xaricdə oxumaq mənim üçün məqsəd deyil, vasitədir. Əsas məqsədim öyrənmək, əldə etdiyim bilikləri Azərbaycanda tətbiq etməkdir”.
11-ci sinif şagirdi Murad Yusifov gələcək təhsil planlarını qurarkən diplomun tanınması məsələsinə xüsusi önəm verir. Xaricdə təhsil almağı ciddi şəkildə düşünən Murad, bu istiqamətdə düzgün qərar vermək və seçimlərini daha da dəqiqləşdirmək üçün təhsil sərgisində iştirak edib. Sərgi çərçivəsində o, Malayziyada ali təhsil müəssisələrindən alınan diplomların Azərbaycan tərəfindən rəsmi şəkildə tanındığı barədə ətraflı məlumat toplayıb.

Murad gələcəkdə biznes menecmenti sahəsində ixtisaslaşmaq niyyətindədir. O hesab edir ki, xaricdə təhsil almaq təkcə akademik biliklər qazanmaq üçün deyil, eyni zamanda dünyagörüşünü genişləndirmək, fərqli mədəniyyətləri tanımaq və müxtəlif həyat tərzlərinə yaxından bələd olmaq baxımından da böyük imkanlar yaradır. Onun fikrincə, xarici mühitdə təhsil almaq həm şəxsi inkişaf, həm də peşəkar gələcək üçün əhəmiyyətli təcrübə qazandırır. Bu səbəbdən Murad təhsil alacağı ölkədə həm keyfiyyətli tədrisin təmin olunmasına, həm də həmin ölkədə əldə etdiyi diplomun Azərbaycanda tanınıb-tanınmamasına ciddi diqqət yetirir.

Bütün bu amilləri nəzərə alaraq xaricdə təhsil almaq istəyən hər bir gənc seçim edərkən universitetin rəsmi akkreditasiyasını, tədris proqramlarının səviyyəsini və diplomun ölkəmizdə tanınmasını mütləq nəzərə almalıdır. Çünki xaricdə təhsil sadəcə bir diplom əldə etmək deyil, gələcək həyatın, karyeranın və şəxsiyyətin formalaşmasında mühüm rol oynayan bir təcrübədir.

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.