
Azərbaycanda müəllimlərin 80%-i peşəkar inkişaf fəaliyyətlərinin onların tədrisinə müsbət təsir göstərdiyini bildirir.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən açıqlanmış TALIS 2024 (Teaching and Learning International Survey) hesabatının Azərbaycana aid hissəsində qeyd olunur.
Bu göstərici İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) orta göstəricisindən (55%) daha yüksəkdir. Yeni fəaliyyətə başlayan müəllimlər arasında peşəkar inkişafın faydalı olduğunu düşünənlərin payı təcrübəli müəllimlərlə müqayisədə 7 faiz daha çoxdur.
Müəllimlərin ən çox yüksək səviyyədə ehtiyac duyduqlarını bildirdikləri peşəkar inkişaf sahələrinə aşağıdakılar daxildir: tədris və öyrənmə məqsədləri üçün süni intellektdən istifadə bacarıqları (21%), rəqəmsal resurs və alətlərin tədrisə inteqrasiyası üzrə pedaqoji bacarıqlar (20%) və rəqəmsal resurs və alətlərdən istifadə üzrə texniki bacarıqlar (20%).
Yeni başlayan müəllimlər isə ən çox aşağıdakı sahələrdə yüksək səviyyədə peşəkar inkişaf ehtiyacı olduğunu qeyd edirlər: tədris və öyrənmə məqsədləri üçün süni intellektdən istifadə bacarıqları (26%), multikultural və ya çoxdilli mühitdə tədris (24%) və rəqəmsal resurs və alətlərin tədrisə inteqrasiyası üzrə pedaqoji bacarıqlar (22%).
Müəllimlər peşəkar inkişafda iştirakla bağlı qarşılaşdıqları əsas maneələr kimi aşağıdakıları göstərirlər: peşəkar inkişafın çox baha olması (49%), müvafiq peşəkar inkişaf imkanlarının olmaması (47%) və iştirak üçün stimulların çatışmazlığı (46%).
Yeni işə başlayan müəllimlərin isə ən çox rast gəldikləri maneələr bunlardır: müvafiq peşəkar inkişaf imkanlarının olmaması (44%), iştirak üçün stimulların çatışmazlığı (41%) və yetərli rəqəmsal resursların olmaması səbəbindən peşəkar inkişafın əlçatan olmaması (41%).
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər