
“Keyfiyyətli təhsil olmadan dayanıqlı inkişaf mümkün deyil”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu sözləri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva "Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya" mövzusunda 7-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunun açılış mərasimində deyib.
O bildirib ki, təhsil irəliləyişin və təkamülün əsas tərkib hissəsidir: “Təhsil insanı yaradıcı, uzaqgörən, düşünən və fərqli sahələri birləşdirən bir baxışa sahib edir. Bu da cəmiyyətlərdə bərabərliyi gücləndirir, dövlət siyasətlərinin islahatına dəstək olur. Başqa sözlə desək, təhsil dünyanı dəyişdirən ən güclü vasitədir”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər