
“Məktəbəqədər təhsilin əhatə dairəsi tədricən genişləndirilsə də, istənilən səviyyəyə hələ tam çatılmayıb”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini İdris İsayev "Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya" mövzusunda keçirilən 7-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunun açılış mərasimində səsləndirib.
Nazir müavini bildirib ki, məktəbəqədər təhsilə cəlb olunan uşaqların göstəricinin artırılması üçün çoxlu işlərin görülməsi nəzərdə tutulur. Artıq bu istiqamətdə strateji plan yenilənib.
O qeyd edib ki, məktəbəqədər təhsilə cəlb olunan uşaqların əksəriyyəti 5 yaşlıdır:
“1-6 yaşlı uşaqlara yönəlmiş məktəbəqədər təhsil proqramları mövcuddur, lakin 5 yaşlı uşaqlar arasında iştirak səviyyəsi daha yüksəkdir Təxminən 83–84 faiz civarındadır. 1–5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunması üçün isə müxtəlif tədbirlər həyata keçirilir və bu proses mərhələli şəkildə genişləndirilir”.
Nazir müavini əlavə edib ki, bu istiqamətdə regional əhatənin artırılması, yeni uşaq bağçalarının tikintisi və icma əsaslı məktəbəqədər təhsil modellərinin tətbiqi xüsusi önəm daşıyır.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər