Bütün xəbərlər
4 fevral, 16:51

Azərbaycanda doktorantura təhsilinin beynəlxalq təcrübəyə uyğun olaraq, birpilləli sistem əsasında təşkili məsələsi gündəmdədir. Milli Məclisdə ikipilləli mərhələdən birpilləli sistemə keçirilmə ilə bağlı müzakirələr aparılır. 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin SABAH Mərkəzinin rəhbəri pedaqogika üzrə fəlsəfə doktoru Lalə Mürsəlbəyovanın fikrincə, doktoranturanın birpilləli olması ölkədə qısa müddət ərzində yüksəkixtisaslı kadrların hazırlanmasına imkan verəcək. Amma digər tərəfdən, o, belə hesab edir ki, fəlsəfə doktoru (PhD) ilə elmlər doktorunu eyniləşdirmək düzgün olmaz: 

“Doktoranturanın ikipilləlidən birpilləli sistemə keçidi uzun müddətdir ki, müzakirə olunur. Amma fəlsəfə doktoru ilə elmlər doktorunu eyniləşdirsək, elmlər doktoru dərəcəsini alanlar narahat olacaqlar ki, bizi PhD ilə eyni səviyyəyə qoyursunuz. Çünki elmlər doktoru dərəcəsini almaq üçün çox vaxt sərf ediblər”. 

L.Mürsəlbəyova qeyd edib ki, sovet sistemində bakalavr və magistr dərəcələri olmurdu. Ümumi 5 illik ali təhsil forması mövcud idi və bu təhsilin sonunda məzunlar sadəcə, ali təhsilli sayılırdı:

“Məzunlar daha sonra indi doktorantura adlandırdığımız aspiranturaya müraciət edirdilər. Namizədlər əyani və ya qiyabi formada dissertasiya işini yazaraq müdafiə edirdilər. O zaman müdafiə edənlər artıq PhD yox, elmlər namizədi dərəcəsini alırdılar. Məsələn, fizika, kimya, tibb üzrə elmlər namizədi. Elmlər namizədi olanlar növbəti pillədə doktorluğu yazanda birbaşa elmlər doktoru olurdular. Boloniya sisteminə keçdikdən sonra ali təhsil ikisəviyyəli oldu: bakalavriat və magistratura. Bakalavriatı bitirən birbaşa işləyə, yaxud magistraturada təhsil almaq üçün müraciət edə bilər. İndi xaricdəki magistr dərəcəsi sanki bizim əvvəlki elmlər namizədi dərəcəsidir. Bizdə isə həm magistr, həm fəlsəfə doktoru, həm də elmlər doktoru dərəcələri qaldı. Bunu aradan qaldırmaq üçün bir müddətdir ki, müzakirələr aparılır”. 

L.Mürsəlbəyovanın sözlərinə görə, Azərbaycanda eksperiment əsaslı tədqiqatlar çox aparılmır:

“Düzdür, kimya, fizika, tibb və s. sahələrdə eksperimental mənbələrə əsaslanırıq. Ədəbiyyat, tarix sahəsində isə təhlil də, eksperiment də aparıla bilər. Çoxları fəlsəfə doktoru olduqdan sonra ali təhsilin digər səviyyələri üzrə təhsil almır. Təbii ki, müzakirələr nəticə verərsə, yəni fəlsəfə doktoru anlayışı aradan götürülərsə, doktoranturanı bitirib müdafiə edən şəxslər elmlər doktoru olacaqlar. Əvvəl professor olana qədər müəyyən vaxt lazım idi. Doktorantura  birpilləli olarsa, bu, elmin daha da gəncləşməsinə səbəb olacaq”. 

O bildirib ki, tədqiqatı əmək fəaliyyəti ilə eyni dövrdə aparmaq çətindir. Çünki tədqiqatçıların araşdırma aparması üçün  əlavə zamana ehtiyacı olur:

“Həmin şəxslərin həyat qayğılarını da nəzərə alsaq, deyə bilərik ki, elm vaxt tələb edir, məqalələri çox qısa zaman ərzində yazmaq mümkün deyil. Real tədqiqat aparmaq üçün universitetlərdə elm adamlarına daha çox vaxt ayırmaq lazımdır. Universitetlər tədqiqat aparan alimlərinə daha az dərs saatı versin və bununla da onların tədqiqat aparmasına daha çox vaxt ayırsın. Onlar işlərini məqalələr, eksperimentlərlə təsdiq eləsinlər. Birbaşa kitabdan nə isə oxuyub gəlib dərs keçən müəllimlərlə müqayisədə elmlə məşğul olanlar daha bilikli, faydalıdırlar. Tələbə üçün də maraqlı o müəllimdir ki, o, özü də yeniliklərə maraq göstərir, məqalələri oxuyub araşdırır”. 

O əlavə olaraq vurğulayıb ki, tədqiqatla məşğul olmaq maddiyat da tələb edir. Xüsusilə kimya ilə məşğul olan şəxslər reaksiyalar üçün hansısa əlavə vəsaitlərə ehtiyac duyurlar.

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.