Bütün xəbərlər
5 fevral, 09:28

Fevralın 4-də Elm və Təhsil Nazirliyi (ETN) yanında İctimai Şuranın sədri Hikmət Əlizadə, Şuranın üzvləri Günay Əkbərova, Orxan Kərimzadə, Heydər Eminli, Elçin Əzimli, Rafael Hacıbəyli, Sevinc Məhəməliyeva və Rasif Dünyamalıyev Təhsilin İnkişafı Fondunun (TİF) qonağı olublar.

“Azərbaycan müəllimi” xəbər verir ki, görüşün əsas müzakirə mövzuları 2025-ci il üçün nəzərdə tutulan fəaliyyət planı və həyata keçiriləcək layihələr ətrafında olub.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov çıxış edərək Fond tərəfindən həyata keçirilən layihələr haqqında məlumat verib. O, Fondun əsas missiyasının Azərbaycan Respublikasında təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələrin dəstəklənməsi, dövlət təhsil müəssisələrinin maddi-texniki bazasının müasir tələblərə uyğunlaşdırılması yolu ilə təhsilin dayanıqlı inkişafına nail olmaq olduğunu bildirib. İctimai Şuranın cəmiyyət və universitetlər arasında dialoqun qurulmasında mühüm rolunun olduğunu qeyd edən E.Nəsibov Şuranın bu istiqamətdə aktiv fəaliyyətini xüsusi vurğulayıb.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə təhsilin cəmiyyətdəki rolunun önəmini vurğulayıb. O, Fond tərəfindən təhsilalanların və təhsilverənlərin fəaliyyətinin stimullaşdırılması üçün təşkil edilən layihələrin vacibliyini qeyd edib. H.Əlizadə Fondun təhsil sahəsindəki davamlı və səmərəli fəaliyyətini vurğulayaraq Təhsilin İnkişafı Fondunun gələcək fəaliyyətlərində daha böyük nailiyyətlər qazanmasını diləyib.

Tədbirin yekununda Elm və Təhsil Nazirliyi yanında İctimai Şura üzvləri arasında müzakirələr aparılıb və fəaliyyət planına dair təkliflər irəli sürülüb.

1 /4

Şərhlər

Xəbər lenti

2 sentyabr, 19:50

İkinci “Məktəbli könüllü” proqramına qeydiyyat başlayıb

2 sentyabr, 17:01

Fransa yeni tədris ilində müəllim çatışmazlığı ilə üzləşib

2 sentyabr, 17:00

Təhsil Tələbə Krediti Fondunda yardım masası fəaliyyətini davam etdirir

2 sentyabr, 16:45

Türkiyədə beynəlxalq fənn olimpiadalarına necə hazırlaşırlar? – Qalib şagirdlə SÖHBƏT

2 sentyabr, 15:50

Məktəblər işə qəbulda portfolio tələb edir – Polşada çalışan azərbaycanlı müəllim

2 sentyabr, 15:23

“Sinifdə şagirdlərlə arama sərt xətt çəkmirəm” – Gənc müəllimlə MÜSAHİBƏ

2 sentyabr, 15:08

Peşə Təhsil Mərkəzinin məhsulu şərab istehsalında istifadə edilə bilər

2 sentyabr, 15:01

Ukraynada məktəblərdə 12 illik təhsilə keçidlə bağlı pilot layihəyə başlanılıb

2 sentyabr, 14:47

Uşağın yanında olmaq vacibdir

2 sentyabr, 14:19

Reinteqrasiya tədbirləri nəticəsində 110 uşaq müəssisələrdən ailələrinə qaytarılıb

2 sentyabr, 14:08

UFAZ məzunu İsveç İnstitutunun prestijli təqaüdünü qazanıb

2 sentyabr, 14:04

Nazirliyin qrant müsabiqəsinin qalibləri layihələrindən danışdılar

2 sentyabr, 13:05

BSU-da fəlsəfə üzrə doktoranturaya qəbul imtahanı keçirilir

2 sentyabr, 11:11

Ali təhsildə inkişaf savadlı kollektivin formalaşmasından başlayır – AÇIQLAMA

2 sentyabr, 10:50

Buraxılış imtahanlarında iştirak edə bilməyənlər üçün imtahan keçiriləcək

2 sentyabr, 10:41

Nazirliyin strukturunda dəyişiklik edildi – Yeni təyinatlar

2 sentyabr, 10:03

Agentlik məktəbli geyimləri ilə bağlı valideynlərə müraciət edib

2 sentyabr, 09:48

Ali məktəb və kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatır

2 sentyabr, 09:38

İlin ikinci Ay tutulması baş verəcək

2 sentyabr, 09:04

“Azərbaycan müəllimi” qəzeti 91 yaşını qeyd edir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.