Sahil Babayev: Son 5 ildə təhsil və elm xərcləri 1 milyard manat artıb
2027-ci il üçün dövlət büdcəsindən təhsil və elm xərcləri üçün büdcə xərclərinin 12,6 faiz həcmində və ya 5,4 milyard manat vəsait proqnozlaşdırılıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri maliyyə naziri Sahil Babayev Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.
Nazir qeyd edib ki, bu, 2025-ci illə müqayisədə 538 milyon manat və ya 11,2 faiz çoxdur: “Qeyd etmək istərdim ki, son 5 ildə təhsil və elm xərcləri 1 milyard manat artıb”.




