Məktəblimiz beynəlxalq sərgidə xüsusi mükafata layiq görülüb
Mübariz İbrahimov adına Təhsil Kompleksinin şagirdi Cavid Ağbabalı ABŞ-də keçirilən dünyanın nüfuzlu beynəlxalq elm və mühəndislik müsabiqəsində xüsusi mükafata layiq görülüb.
"Azərbaycan müəllimi" xəbər verir ki, Cavid Ağbabalı komanda yoldaşı Harun Nəbiyevlə birlikdə Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edib. Onların təqdim etdiyi Süni intellekt əsaslı maliyyə savadlılığı köməkçisi adlı layihə xüsusi mükafata layiq görülüb.
Komandanın elmi rəhbəri Toğrul Ağbabalı olub.
Qeyd edək ki, ABŞ-nin Arizona ştatının Feniks şəhərində keçirilən 76-cı Beynəlxalq Elm və Mühəndislik Sərgisi (Regeneron ISEF) müsabiqəsində 1 725 şagird-finalist iştirak edib. İştirakçılar 65 ölkə, region və ərazini təmsil ediblər. Təqdim olunan elmi-tədqiqat layihələrinin sayı 1 383 olub.




