Elmi-tədqiqatların maliyyələşdirilməsinə 257 milyon manat ayrılacaq

13 Noyabr, 2026 - 11:23
Elmi-tədqiqatların maliyyələşdirilməsinə 257 milyon manat ayrılacaq

2027-ci ilin dövlət büdcəsindən təhsil xərclərinə 5 milyard 99 milyon manat vəsaitin ayrılması proqnazlaşdırılır.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini Musa Qasımlı parlamentin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.

Onun sözlərinə görə, bu vəsait məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsinə, ali təhsilin inkişafına və elmi-tədqiqatlarla inteqrasiyasına, peşə təhsilinin əmək bazarının tələblərinə uyğunlaşdırılmasına, rəqəmsal təhsilə, müasir texnologiyaların tətbiqinə və təhsil infrastrukturunun inkişaf etdirilməsinə sərf ediləcək: “Ölkəmizdə elmi potensialın gücləndirilməsi və elmi nəticələrinin iqtisadiyyatda tətbiqi işinin gücləndirilməsi üçün elmi sahəsinə ayrılması nəzərdə tutulan 257 milyon 920 min 835 manat vəsait elmi-tədqiqatların maliyyələşdirilməsinə, rəqəmsal inkişaf üzrə tədbirlərinə, süni intellektə, innovativ texnologiyaların tətbiqinə, təhsil elmi iqtisadi inkişafla əlaqələndirilməsinə yönəldiləcək”.