Azər Bayramov: Elmi nəticələrin iqtisadiyyatda tətbiqi üçün stimullar artırılır
“Təhsil müəssisələri, elmi təşkilatlar və sahibkarlar arasında əməkdaşlıq ölkənin uzunmüddətli rəqabətqabiliyyətinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri iqtisadiyyat nazirinin müavini Azər Bayramov Milli Məclisinin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.
Nazir müavini bildirib ki, son beş ildə ali təhsil müəssisələrinə qəbul planında dövlət sifarişi yerlərə üstünlük verilməsi təhsilin əlçatanlığının təmin edilməsi, həmçinin vətəndaşların ali təhsilə əlçatanlığının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
O bildirib ki, elmi nəticələrin iqtisadiyyatda tətbiqi üçün də stimullar artırılır: “2027-ci ildə texnologiya parklarında rezidentlər üçün tətbiq olunan güzəştlər paketi elmi nəticələrin istehsalata çevrilməsinə əhəmiyyətli stimul verəcək”.




