Elm və təhsil xərcləri 11,2 faiz artırılır
“2027-ci ildə elm və təhsil xərclərinə 5, 4 milyard manat və ya 12,9% həcmində vəsait ayrılacaq. Bu, 2025-ci ilin dövlət göstəricisi ilə müqayisədə 538 milyon manat və ya 11,2 faiz çoxdur”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisinin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.
Onun sözlərinə görə, 2023-2027-ci illər ərzində bu sahəyə ayrılan vəsait 1 milyard manat və ya 24 faiz artıb: “Təhsil və səhiyyə xərclərinin ümumi daxili məhsulda (ÜDM) xüsusi çəkisi 3,6 faizə bərabər olacaq”.




