12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür  

12 Noyabr, 2026 - 11:07
12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür  

“Konstitusiya komissiyasının sədri kimi şəxsən mən bu böyük tarixi sənədin hazırlanmasında öz şəxsi məsuliyyətimi daim dərk etmişəm, bu gün də dərk edirəm. Ona görə də bu sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm. Haqqım var, deyəm ki, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam, onun bu gün üçün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altından imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bu gün bəyan edirəm. Hesab edirəm ki, biz Azərbaycanın bu günü, gələcəyi üçün cox böyük bir sənəd - siyasi, hüquqi sənəd yaratmışıq”.

                                                                                                                                                               Ümummilli Lider Heydər Əliyev

Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür.

Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib.