“Zəfər düşərgəsi” fəaliyyətə başlayıb
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsinin təşəbbüsü ilə “Təhsil" İstirahət Mərkəzində Zəfər Gününə həsr olunan “Zəfər düşərgəsi” fəaliyyətə başlayıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, həmkarlar ittifaqı üzvü olan elm və təhsil işçilərinin istirahəti üçün təşkil edilən düşərgə 7–9 noyabr tarixlərini əhatə edir.
Düşərgədə idman yarışları, intellektual oyunlar və müsabiqələr, həmçinin Zəfər Gününə həsr edilən konsert proqramı təşkil ediləcək.




