ETİHİ-nin təşkilatçılığı ilə peşə təhsilinə dair kitabın təqdimatı keçirilib

26 Noyabr, 2026 - 20:45
ETİHİ-nin təşkilatçılığı ilə peşə təhsilinə dair kitabın təqdimatı keçirilib

Noyabrın 26-da “Təhsil” istirahət mərkəzində Peşə Təhsili üzrə Dövlət Agentliyinin fəaliyyətinin 10 illiyinə həsr olunmuş “Azərbaycan peşə təhsili: tarixi və perspektivləri” kitabının təqdimatı olub. 

"Azərbaycan müəllimi" xəbər verir ki, tədbir Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsi və “Peşə təhsili və insan kapitalı” jurnalının birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə ETİHİ Respublika Komitəsinin sədr müavini Turanə Kərimova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, ETİHİ-nin Quba-Xaçmaz iqtisadi rayonu üzrə yerli təşkilatlarının sədrləri, peşə təhsili müəssisələrinin rəhbərləri və əməkdaşları iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kitabın müəllifi, filologiya üzrə fəlsəfə doktoru, “Peşə təhsili və insan kapitalı” jurnalının baş redaktoru Şahbaz Balakişiyev nəşrin hazırlanma məqsədi və məzmunu barədə ətraflı məlumat verib. Bildirib ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin fəaliyyətinin 10 illiyinə həsr olunan kitabda Azərbaycanın peşə təhsili sisteminin tarixi inkişaf mərhələləri, müasir vəziyyəti, əldə edilmiş nailiyyətlər və gələcək perspektivləri əksini tapıb. Müəllif vurğulayıb ki, bu nəşr təkcə son onilliyin hesabatı deyil, həm də peşə təhsilimizin keçdiyi zəngin tarixi yolun gələcək nəsillərə ötürülməsi baxımından mühüm elmi mənbədir.

Tədbirdə çıxış edən ETİHİ Respublika Komitəsinin sədr müavini Turanə Kərimova peşə təhsilinin ölkənin sosial-iqtisadi inkişafında, əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanmasında və insan kapitalının formalaşmasında mühüm rolunu vurğulayıb.

Kitabın ideya müəllifi, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı çıxışında son illər peşə təhsili sahəsində həyata keçirilən islahatlardan və Agentliyin 10 illik fəaliyyət istiqamətlərindən danışıb. 

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev və digər natiqlər kitabın peşə təhsinin gələcək fəaliyyətinə mühüm təsir göstərəcəyinə ümidvar olduqlarını bildiriblər.

Daha sonra kitabın ideya müəllifi ETİHİ Respublika Komitəsi tərəfindən Fəxri fərmanla təltif olunub.

Sonda Şahbaz Balakişiyev tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.