Qubada innovasiya və startap düşərgəsi keçirilib

12 Noyabr, 2026 - 09:42
Qubada innovasiya və startap düşərgəsi keçirilib

Noyabrın 7-10 tarixlərində  Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı, “Xarıbülbül” Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının tərəfdaşlığı ilə “YUNEX – Gənclərin İnnovasiya Mübadiləsi Proqramı” çərçivəsində innovasiya və startap düşərgəsi keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, Qubada təşkil olunan düşərgənin əsas məqsədi gənclərin innovativ düşüncə və sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi, startap ekosistemi haqqında biliklərinin artırılması, eləcə də yeni ideyaların formalaşdırılması və onların praktik həllərə çevrilməsi üçün şərait yaradılması olub.

Düşərgənin açılış mərasimində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova və Bakı Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşı Xasay Vəliyev çıxış ediblər. Mərasim çərçivəsində proqramın təqdimatı keçirilib, iştirakçılara hakatonun qaydaları, mərhələləri və iş prinsipləri barədə ətraflı məlumat verilib.

Proqram çərçivəsində Polşadan dəvət olunmuş beynəlxalq təlimçi və ekspertlər – Jakub Siekierzyński, Mert Koban və João Pereira tərəfindən müxtəlif mövzularda təlim sessiyaları keçirilib. Təlimlər zamanı iştirakçılar innovasiya, sahibkarlıq və layihələrin hazırlanması istiqamətində bilik və bacarıqlarını inkişaf etdirmək imkanı əldə ediblər.

Təlimlərlə yanaşı, iştirakçılar komandalar şəklində innovativ layihə ideyaları üzərində işləyib, onları təkmilləşdirərək qarşıya qoyulan problemlərin həlli üçün praktik təkliflər hazırlayıblar. Üç gün davam edən intensiv komanda işi və layihələrin hazırlanması prosesi yekun təqdimatlarla başa çatıb.

Düşərgənin son günündə komandalar hazırladıqları layihə ideyalarını iki təqdimat sessiyası çərçivəsində münsiflər heyətinə təqdim ediblər. Layihələrin aktuallığı, innovativliyi, praktik tətbiq imkanları və təqdimatların nəticələri əsasında aparılan qiymətləndirmə nəticəsində hakatonun qalibləri müəyyənləşib. Qalib komandalar YUNEX proqramının növbəti mərhələsi çərçivəsində 2027-ci ildə Polşada təşkil olunacaq beynəlxalq təcrübə mübadiləsində iştirak etmək imkanı qazanıblar.

Hakatonun qalibləri:

🥇 I yer – Radium

🥈 II yer – Renter.az

🥉 III yer – FARAD

Bağlanış mərasimində hakatonun qalib komandaları mükafatlandırılıb, düşərgə iştirakçılarına isə sertifikatlar təqdim olunub.

Bununla yanaşı, layihənin hazırlanmasında və uğurla həyata keçirilməsində göstərdikləri töhfələrə görə münsiflər heyətinin üzvləri, ekspertlər, təşkilat komitəsinin üzvləri, media nümayəndələri və könüllülər də sertifikatlarla təltif olunublar.