Bütün xəbərlər
4 fevral, 17:33

ARTİ-nin direktor səlahiyyətlərini icra edən Elnur Əliyevin iştirakı ilə ümumi təhsil müəssisələrində metodik xidmət göstərən metodistlərlə görüş keçirilib. 

Təhsil İnstitutundan “Azərbaycan müəllimi”nə bildirilib ki, onlayn formatda keçirilən görüşdə metodik işin təşkili istiqamətində əldə edilən nəticələr, həyata keçirilməsi nəzərdə tutulan təkmilləşdirici tədbirlər və fəaliyyət istiqamətləri geniş şəkildə müzakirə edilib.

ARTİ-nin direktor səlahiyyətlərini icra edən Elnur Əliyev müasir metodik xidmətin təşkili ilə bağlı ölkədə aparılan islahatlar haqqında danışaraq metodistlərin gələcək fəaliyyətində baş verəcək yeniliklər barədə məlumat verib. E. Əliyev çıxışında həmçinin müasir metodik xidmətin təşkilinin ümumi təhsil müəssisələrində əhəmiyyətini vurğulayıb və metodistlərin təhsil sisteminin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynadığını qeyd edib. O, innovativ və müasir metodik yanaşmaların tədris prosesində effektivtivliyini, həmçinin metodistlərin peşəkar inkişafı üçün yeni təlim proqramlarının və beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyini vurğulayıb.

Daha sonra metodik işin təşkilinin səmərəliliyinin artırılması üçün metodistlərin fəaliyyətində qarşıya çıxan problemlər, onların həlli yolları, fəaliyyətin daha səmərəli şəkildə qurulması üçün görülməli olan işlər müzakirə edilib.

Görüşdə Təhsil İşçilərinin Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva, eləcə də Metodik Dəstək Mərkəzinin idarəetmə heyəti və əməkdaşları iştirak ediblər.

Nəzakət Mehdiyeva metodistlik fəaliyyətinin müəllimlərin peşəkar inkişafına olan müsbət tərəflərini qeyd edib və metodistlərin özlərinin inkişafına daha çox diqqət yetirməli olduğunu bildirib.

1 /2

Şərhlər

Xəbər lenti

8 may, 23:54

Küçə mühitində olan uşaqlarla işin təşkili mövzusunda konfrans keçirilib

8 may, 22:13

MDU-da “Cambridge Resurs Mərkəzi” yaradılıb

8 may, 17:46

IV və VI siniflərdə monitorinq elektron qaydada keçiriləcək

8 may, 17:33

Yaşadığı mühit uşağın böyüyüb "kim" olacağına necə təsir edir?

8 may, 17:01

Anar Xələfov: Bir çox hallarda evdə təhsil keyfiyyətli olmur

8 may, 16:45

Sağlamlıq imkanları məhdud uşaqlar üçün tədris fərdiləşdirilir

8 may, 16:38

Məktəblərdə xüsusi pedaqoqlar fəaliyyət göstərəcəklər

8 may, 16:30

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək

8 may, 16:30

Bir qrup mədəniyyət və elm xadiminə Prezidentin fərdi təqaüdü verilib

8 may, 16:26

Onlara Prezident mükafatları verildi – SƏRƏNCAM

8 may, 16:14

Lənkəran Dövlət Universitetində beynəlxalq elmi-praktiki konfrans keçirilib

8 may, 16:05

Nadinc şagirdlərin məktəbini dəyişdirmək həll yoludurmu?

8 may, 16:01

MDU-da Kembric Universitetinin standartlarına keçidlə bağlı əməkdaşlığa başlanılıb

8 may, 16:00

“Gələcəyimizə investisiya” proqramının açılış mərasimi keçirilib

8 may, 15:40

Azərbaycanın 76-cı Astronavtika Konqresində iştirakına dair rəsmi nəticələr açıqlanıb

8 may, 15:40

Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

8 may, 15:34

AzMİU-nun tələbəsi Avropa çempionatında gümüş medal qazandı

8 may, 15:01

Əcnəbi tələbələrin miqrasiya məsələlərinə dair görüş keçirilib

8 may, 14:28

Sertifikasiyaya hazırlaşan müəllimlər üçün metodika və pedaqogika mövzuları

8 may, 14:21

AHİK "Sən elə bir zirvəsən" tədbiri təşkil edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.