Bütün xəbərlər
8 may, 17:01

“Evdə təhsil nə qədər vacib olsa da, əksər hallarda sonuncu çıxış yolu kimi qəbul edilir. Bu bizə də məlumdur. Əgər açıq internet resurslarına və ya tibbi sənədlərə nəzər yetirsək, görərik ki, evdə təhsilə səbəb olan hallar, əsasən, ciddi tibbi məhdudiyyətlərlə bağlıdır”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri bu gün Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Xüsusi təhsil sektorunun müdiri Anar Xələfov Təhsil TV-də yayımlanan “360 dərəcə təhsil” verilişində sağlamlıq imkanları məhdud uşaqların təhsili barədə danışarkən səsləndirib.

O bildirib ki, bu hallar, əsasən, xəstəliklərlə bağlı olur və həmin xəstəliklər elə səviyyədədir ki, uşağın məktəbə davamlı şəkildə getməsi mümkün olmur:
“Qanunvericilikdə də bu açıq şəkildə qeyd olunur: əgər uşaq məktəbə gəlmək imkanında deyilsə, təhsilə ev şəraitində cəlb olunur. Bu isə əsasən ağır və xroniki xəstəliklər zamanı baş verir. Əlbəttə, təhsil sosial bir prosesdir. Uşaq sinifdə, qrupda, yaşıdları ilə birlikdə təhsil aldıqda öyrənmə daha effektiv olur. Ev şəraitində bu prosesi təşkil etmək isə asan deyil”.

Anar Xələfov qeyd edib ki, bu, sağlamlıq imkanları məhdud uşaqların icbari təhsil hüququnu təmin etmək üçün yeganə vasitə olaraq qalır.

“Bəzi valideynlər nədənsə evdə təhsilə daha çox maraq göstərirlər. Bu, paradoksal bir haldır. Bir çox hallarda evdə təhsil keyfiyyətli olmur. Təhsil sosial bir prosesdir. Uşağın məktəb mühitini görmək imkanları məhdudlaşır. Təbii ki, bu zaman əsas səbəb kimi yaxın ərazidə xüsusi məktəbin olmaması göstərilir. Lakin belə hallarda biz həmin uşağın yaşayış yerinə ən yaxın məktəbdə xüsusi sinif təşkil edə bilərik”, – deyə o əlavə edib.

Şərhlər

Xəbər lenti

17 sentyabr, 12:20

Bakının 353 məktəbində kağız jurnaldan istifadə edilməyəcək – AÇIQLAMA

17 sentyabr, 11:37

Peşə təmayüllü siniflərin qrup rəhbərləri üçün təşkil olunan təlimlər yekunlaşıb

17 sentyabr, 11:29

Nazir müavini və DİM sədri Bərdə Dövlət Peşə Təhsil Mərkəzini ziyarət ediblər

17 sentyabr, 11:03

Universitetlərin inkişaf yolu: Rəqəmlərdən keyfiyyətə doğru

17 sentyabr, 10:47

Təhsilini yarımçıq qoymuş 36 tələbə AzMİU-ya bərpa olunub

17 sentyabr, 10:37

Azərbaycanlı tələbələr Qazaxıstanda təqaüdlə təhsil alacaqlar

17 sentyabr, 10:05

Üç peşə ixtisası üzrə bacarıqların qiymətləndirilməsi həyata keçirilib

17 sentyabr, 09:58

BDU-da Tələbə İnkişaf Mərkəzi açılıb

17 sentyabr, 09:55

Ali məktəblərə yüksək balla qəbul olan məzunlarla görüşlər keçirilib

17 sentyabr, 09:51

ADPU yeni tələbələrini qarşılayıb

17 sentyabr, 09:43

AzTU İsrailin Holon Texnologiya İnstitutu ilə əməkdaşlığa başlayıb

17 sentyabr, 09:39

Dövlət Proqramı iştirakçısı “Diana” mükafatına layiq görülüb

17 sentyabr, 09:34

ADNSU-da birinci kurs tələbələri ilə tanışlıq görüşü keçirilib

16 sentyabr, 21:42

BƏƏ ilə təhsildə süni intellektin genişləndirilməsinə dair Memorandum imzalanıb

16 sentyabr, 18:03

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

16 sentyabr, 16:55

Naxçıvanda 562 tələbə peşə təhsili müəssisələrinə qəbul olub

16 sentyabr, 16:40

Yüksək ballı tələbələr müəllimliyi seçdilər

16 sentyabr, 15:28

Regional Təhsil İdarəsindən Cəlilabad məktəbindəki insident ilə bağlı AÇIQLAMA

16 sentyabr, 14:58

Sertifikatlaşdırmanın müsahibə mərhələsinə start verilib

16 sentyabr, 14:57

Naxçıvan Müəllimlər İnstitutunun 25 illiyinə həsr olunmuş konfrans keçiriləcək 

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.