Bütün xəbərlər
17 sentyabr, 09:43

Azərbaycana səfərə gələn İsrailin Holon Texnologiya İnstitutunun (HİT) prezidenti Eduard Yakubovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) olub. 

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb.

Qonaqları salamlayan rektor Vilayət Vəliyev onları AzTU-da görməkdən məmnunluğunu ifadə edib. Rektor universitetdə görülən işlər, həyata keçirilən təhsil proqramları, icra edilən layihələr, İsrailin ali təhsil müəssisələri ilə əməkdaşlıq, eləcə də AzTU-nun elm və tədqiqat sahəsində gələcək hədəfləri barədə qonaqları məlumatlandırıb.

HİT-in prezidenti Eduard Yakubov təmsil etdiyi ali təhsil müəssisəsi haqqında geniş məlumat verib. Bildirib ki, HİT İsrailin mühəndislik sahəsində ilk ali təhsil müəssisələrindən biridi. O, İsrailin ali təhsil müəssisələrinin Azərbaycan ali təhsil müəssisələri ilə tədris və tədqiqat sahəsində əməkdaşlığının genişləndirilməsində maraqlı olduğunu deyib.

Görüş zamanı AzTU ilə HİT nümayəndələri arasında tələbə və akademik heyətin qarşılıqlı mübadiləsi, birgə elmi-tədqiqatlar, ikili diplom proqramları imkanları müzakirə olunub.

Sonda universitetlər arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

1 /6

Şərhlər

Xəbər lenti

17 sentyabr, 11:37

Peşə təmayüllü siniflərin qrup rəhbərləri üçün təşkil olunan təlimlər yekunlaşıb

17 sentyabr, 11:29

Nazir müavini və DİM sədri Bərdə Dövlət Peşə Təhsil Mərkəzini ziyarət ediblər

17 sentyabr, 11:03

Universitetlərin inkişaf yolu: Rəqəmlərdən keyfiyyətə doğru

17 sentyabr, 10:47

Təhsilini yarımçıq qoymuş 36 tələbə AzMİU-ya bərpa olunub

17 sentyabr, 10:37

Azərbaycanlı tələbələr Qazaxıstanda təqaüdlə təhsil alacaqlar

17 sentyabr, 10:05

Üç peşə ixtisası üzrə bacarıqların qiymətləndirilməsi həyata keçirilib

17 sentyabr, 09:58

BDU-da Tələbə İnkişaf Mərkəzi açılıb

17 sentyabr, 09:55

Ali məktəblərə yüksək balla qəbul olan məzunlarla görüşlər keçirilib

17 sentyabr, 09:51

ADPU yeni tələbələrini qarşılayıb

17 sentyabr, 09:39

Dövlət Proqramı iştirakçısı “Diana” mükafatına layiq görülüb

17 sentyabr, 09:34

ADNSU-da birinci kurs tələbələri ilə tanışlıq görüşü keçirilib

16 sentyabr, 21:42

BƏƏ ilə təhsildə süni intellektin genişləndirilməsinə dair Memorandum imzalanıb

16 sentyabr, 18:03

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

16 sentyabr, 16:55

Naxçıvanda 562 tələbə peşə təhsili müəssisələrinə qəbul olub

16 sentyabr, 16:40

Yüksək ballı tələbələr müəllimliyi seçdilər

16 sentyabr, 15:28

Regional Təhsil İdarəsindən Cəlilabad məktəbindəki insident ilə bağlı AÇIQLAMA

16 sentyabr, 14:58

Sertifikatlaşdırmanın müsahibə mərhələsinə start verilib

16 sentyabr, 14:57

Naxçıvan Müəllimlər İnstitutunun 25 illiyinə həsr olunmuş konfrans keçiriləcək 

16 sentyabr, 14:52

Lənkəran-Astara üzrə 8910 nəfər I siniflərdə dərslərə başlayıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.