
Sentyabrın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) bütün tədris binalarında, eləcə də Quba, Şəki, Şamaxı, Ağcabədi və Cəlilabad filialları və ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində I tədris ili tələbələri üçün tanışlıq görüşləri təşkil edilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, tanışlıq görüşlərində müvafiq sturukturların rəhbərliyi tərəfindən tələbələrə tədris və imtahan prosesi, kredit sistemi, universitetin infrasturukturu, sosial həyat, təqaüd imkanları və digər məsələlər barədə ətraflı məlumat verilib, tələbələrin sualları cavablandırılıb.
ADPU rektoru professor Cəfər Cəfərov Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələrlə görüşüb. Onları yeni tədris ilinin başlanması münasibətilə təbrik edən rektor tələbələrə tədris həyatlarında uğurlar arzulayıb və tövsiyyələrini bölüşüb.
Daha sonra bütün qruplarda keçirilən ilk dərslər "Konstitusiya və Suverenlik İli" mövzusuna həsr olunub.
Qeyd edək ki, Pedaqoji Universitetdə yeni qəbul olunan tələbələr üçün həftə ərzində universitet həyatının müxtəlif aspektləri ilə bağlı silsilə infosessiyalar təşkil olunacaq.
1 /15
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər