
Sentyabrın 1-dən 15-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 66 213 vətəndaş müraciəti daxil olub.
“Azərbaycan müəllimi” xəbər verir ki, müraciətlərin 45 834-ü çağrı mərkəzləri, 9 597-si elektron, 1 445-i isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 9 337 müraciət qeydə alınıb.
Müraciətlər müəllimlərin işə qəbulu, peşə təhsili müəssisələrinə qəbul, xarici diplomların tanınması, təhsil tələbə kreditinə elektron müraciət və digər məsələlərlə bağlı olub.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər