Bütün xəbərlər
8 may, 15:40

Bu il sentyabrın 29-dan oktyabrın 3-dək Avstraliyanın Sidney şəhərində keçiriləcək 76-cı Beynəlxalq Astronavtika Konqresi çərçivəsində elmi məqalələrin seçimi prosesi ilə bağlı rəsmi nəticələr açıqlanıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, Beynəlxalq Astronavtika Federasiyası tərəfindən Azərbaycanın ümumilikdə 205 elmi məqaləsi qəbul olunub. Bu elmi məqalələrdən 166-sı Azərbaycan Milli Elmi Komandasının üzvləri tərəfindən təqdim olunub və onlar “Azərkosmos”un Kosmik Akademiyası tərəfindən həyata keçirilən birinci mərhələ keyfiyyət yoxlamasından uğurla keçib.

Milli Elmi Komandası üzrə nəticələrin xülasəsi:

– Ümumi təqdim edilmiş elmi məqalələr: 166

– Qəbul edilmiş elmi məqalələr: 140

– Ehtiyat siyahısında: 26

– Gender bölgüsü üzrə: Kişi – 88; Qadın – 78

Bu nəticələr Azərbaycan elmi ictimaiyyətinin beynəlxalq elmi mühitdə artan nüfuzunun, peşəkarlığının və fədakarlığının göstəricisidir.

Qeyd edək ki, 2025-ci ildə ölkəmizdən Sidney Konqresinə 632 elmi məqalə təqdim olunub. Bu nəticə ilə Azərbaycan elmi məqalələrin sayına görə konqresdə iştirak edən ölkələr arasında ilk üçlükdə yer alıb. Builki konqresə 103 ölkədən ümumilikdə 6400-dən çox elmi məqalə təqdim edilib.

“Dayanıqlı Kosmos: Dayanıqlı Yer” (“Sustainable Space: Resilient Earth”) mövzusunda keçiriləcək Sidney Konqresinə təqdim olunan elmi məqalələr maliyyə, sənaye, kənd təsərrüfatı, tikinti, şəhərsalma, İKT və digər sahələrdə kosmosun imkanlarından istifadə, rəqəmsal, yaşıl və dayanıqlı gələcəyin inkişafı üçün kosmik həllər kimi məsələləri əhatə edir.

Şərhlər

Xəbər lenti

17 sentyabr, 18:53

ADNSU-da beynəlxalq sertifikatlı fənnin tədrisinə start verilib

17 sentyabr, 17:27

Çilidə məktəblərdə mobil telefonların qadağası ilə bağlı pilot layihə tətbiq olunub

17 sentyabr, 17:19

İki müəllim, bir sinif – Şagirdlərin nəticələri yüksələ bilərmi?

17 sentyabr, 16:51

Sinifdə mobil telefon qadağası şagird nəticələrini yaxşılaşdırır

17 sentyabr, 16:25

Şahin Seyidzadə: BƏƏ ilə imzalanan anlaşma təhsildə rəqəmsal transformasiyanı sürətləndirəcək

17 sentyabr, 16:14

Əzm, inam, iradə – Uşaq evində böyüyən Ayşənin uğur yolu

17 sentyabr, 15:53

MDU-nun 4 proqramı beynəlxalq standartlar üzrə qiymətləndiriləcək

17 sentyabr, 15:51

İngiltərədə hər dörd məktəbdən birində fizika müəllimi yoxdur

17 sentyabr, 15:31

Gənc müəllimlərə konkret yardımı necə təşkil etməli? – Qəzetin arxivindən

17 sentyabr, 15:20

Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verilib

17 sentyabr, 15:11

AzTU ilə Kipr Bahçeşehir Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

17 sentyabr, 14:57

Yeni Zelandiyada yeni kurikulum təsdiqlənib: AI və STEM fənləri tədris olunacaq

17 sentyabr, 13:56

BDU "QS Biznes magistr proqramları reytinqi"nə daxil olub

17 sentyabr, 13:56

Quba məktəbinin müəllimləri vahid geyimdə dərsə başladılar

17 sentyabr, 13:48

“Müəllimim bunker, müəllimim markerdir…” – Miflər nəticələrə təsir edirmi?

17 sentyabr, 13:15

İsveç məktəblərində mobil telefondan istifadə qadağan edilir

17 sentyabr, 13:09

Azərbaycanda institutun adı dəyişdi – QƏRAR

17 sentyabr, 13:01

Uşaq bağçada xəsarət aldı, vəziyyəti qənaətbəxşdir – AÇIQLAMA

17 sentyabr, 12:53

Bu tələbələrə 2000 manat pul mükafatı veriləcək

17 sentyabr, 12:20

Bakının 353 məktəbində kağız jurnaldan istifadə edilməyəcək – AÇIQLAMA

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.