Bütün xəbərlər
8 may, 14:21

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən müasir Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş "Sən elə bir zirvəsən" tədbiri təşkil olunub.

“Azərbaycan müəllimi” xəbər verir ki, Bakı Konqres Mərkəzində keçirilən tədbirdə mərkəzi icra hakimiyyəti orqanlarının və digər qurumların rəhbər şəxsləri, Milli Məclisin deputatları, ictimai təşkilatların nümayəndələri və həmkarlar ittifaqlarının çoxsaylı üzləri iştirak ediblər. 

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra Ümummilli Lider Heydər Əliyevin zəngin və mənalı həyat yolunu, dövlətçiliyimizin möhkəmləndirilməsi, xalqımızın rifahı və müasir Azərbaycanın inkişafı üçün tarixi xidmətlərini əks etdirən film nümayiş olunub.

Tədbirdə vurğulanıb ki, xalqımızı ağır sınaqlardan, ölkəmizi dərin böhrandan xilas edən Ulu Öndər Heydər Əliyev Azərbaycanın tərəqqi və inkişaf yolunun əsasını qoyub. Milli maraqları hər şeydən üstün tutan, demokratik prinsiplərə, vətəndaş cəmiyyətinin inkişafına böyük önəm verən Ümummilli Liderimiz həmkarlar ittifaqlarına böyük diqqət və qayğı göstərib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının formalaşmasında və fəaliyyətinin genişlənməsində dahi şəxsiyyətin tövsiyə və məsləhətləri bu gün də əsl yol xəritəsidir.

Ulu Öndərin siyasi kursu onun layiqli davamçısı Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həmçinin bildirilib ki, dövlətimizin başçısının birgə addımladığı, ən yaxın silahdaşı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dövlətimizin daha da qüdrətlənməsində xidmətləri əvəzsiz, dahi şəxsiyyətin zəngin irsinin öyrənilməsində və təbliğində Ulu Öndərin adını daşıyan, işıqlı ideyalarını yaşadan Heydər Əliyev Fondunun rolu misilsizdir.

Sonra tədbirdə xalq və bəstəkar mahnılarından ibarət musiqi proqramı təqdim olunub. Tanınmış ifaçılar Ümummilli Liderin sevdiyi, rəğbət bəslədiyi musiqi nömrələri ilə çıxış ediblər. Konsert proqramı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Layiqli əmək səfiri, Xalq artisti Mənsum İbrahimovun “Qarabağ” musiqi kompozisiyası ilə başa çatıb və tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb.

1 /14

Şərhlər

Xəbər lenti

15 iyun, 14:05

BSU-da Elmi Şura iclası keçirilib

15 iyun, 11:38

Səhnə balaca fidanlarındır - Beynəlxalq Muğam Mərkəzindən Reportaj

14 iyun, 18:03

Millət vəkillərinin “Son zəng” təəssüratları

14 iyun, 17:28

Əlləri və baxışları ilə danışan məzunlar – REPORTAJ

14 iyun, 17:19

Xocalıda 33 ildən sonra ilk “Son zəng” çalındı…

14 iyun, 17:05

NDU ilə AMEA arasında Əməkdaşlıq Memorandumu imzalanıb

14 iyun, 16:06

“Son zəng” öyrənməyə son deyil – Vəfa Yaqublu

14 iyun, 15:40

Fərzəli Qədirov Şamaxıda “Son zəng” tədbirində iştirak edib

14 iyun, 15:35

Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə cəlbində yeniliklər olacaq

14 iyun, 15:21

Firudin Qurbanov Qobustanda "Son zəng" tədbirində iştirak edib

14 iyun, 14:35

37 il sonra məzun oldular  

14 iyun, 13:45

Cəbrayılda 32 il sonra çalınan ilk "Son zəng"

14 iyun, 13:41

Mətin Kərimli: Dövlətimiz gənclərimizin ali təhsilə əlçatanlığının artmasına çalışır

14 iyun, 13:29

“İnanırıq ki, işğaldan azad olunmuş ərazilərdəki məzunların sayı artacaq” – Nazir

14 iyun, 13:12

Daha 24 məktəb inklüziv təhsilə cəlb olunacaq

14 iyun, 13:08

Naxçıvanda yeni məktəblər açılacaq

14 iyun, 13:02

Bu regionda 36 məktəbə direktor təyin edildi

14 iyun, 12:45

Emin Əmrullayev: “Son zəng” ifadəsində “son” sözü olsa da, hər şeyin başlanğıcıdır

14 iyun, 12:42

Nazir: Böyük Qayıdış gənclərə təhsil, iş baxımından böyük imkanlar açır

14 iyun, 12:27

Elm və təhsil nazirinin müavini Naxçıvanda "Son zəng" tədbirində iştirak edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.