Bütün xəbərlər
5 fevral, 09:19

Bu il Azərbaycandan olan məktəblilərin “SpaceX” daşıyıcı raketi vasitəsilə “PocketQube” piko-peykini kosmik orbitə buraxması planlaşdırılır.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyi (“Azərkosmos”) məlumat yayıb.

Məlumata əsasən, bu, “Azərkosmos”un nəzdində KOSMİK Akademiyanın təşkilatçılığı, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi ilə Təhsil İnstitutu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “PAŞA Holdinq” MMC, Braziliya Kosmik Agentliyi və Braziliyanın “IDEIA Space” şirkətinin dəstəyi ilə keçirilən “Azərbaycan Milli Peyk İnnovasiya Müsabiqəsi” çərçivəsində 7-9-cu sinif şagirdləri arasında baş tutacaq.

“PocketQube” peykləri ilk dəfə 2013-cü ilin noyabr ayında orbitə buraxılıb. Bu buraxılış Avstriyaya məxsus “UniSat-5” platforması vasitəsilə həyata keçirilib və layihə çərçivəsində bir neçə minipeyk, o cümlədən “WREN” (Almaniya), “T-LogoQube” (ABŞ) və “QBScout-1” (İtaliya) peykləri orbitə yerləşdirilib. Bu konsepsiya yalnız texnoloji tərəqqinin məhsulu deyil, həm də kosmosun hamıya aid olduğu ideyasının bir növ simvoludur.

Standart olaraq ölçüsü 5x5x5 santimetr, çəkisi isə təxminən 250 qram olan bu peyklər möhkəm materiallardan (alüminium ərintiləri, karbon kompozitlər) hazırlanır ki, bu da həm mexaniki davamlılığı, həm də istilik idarəetməsini təmin edir.

“SpaceX”in “birgə buraxılış proqramı” (“rideshare”) vasitəsilə kiçik peyklərin orbitə buraxılması xərclərinin azalması layihənin iqtisadi baxımdan daha əlçatan olmasını təmin edir. “Rideshare” proqramının mahiyyəti ondan ibarətdir ki, bir raket buraxılışı zamanı müxtəlif müştərilərə məxsus olan kiçikölçülü peyklər eyni anda orbitə çıxarılır.

Bundan əlavə, “SpaceX”in yüksək etibarlı buraxılış platforması “PocketQube” peykinin təhlükəsiz şəkildə orbitə çatdırılmasını təmin edəcək və layihənin texniki və elmi məqsədlərinin uğurla həyata keçirilməsinə imkan yaradacaq. Bu təşəbbüslər azərbaycanlı məktəblilərin beynəlxalq kosmik texnologiyalara inteqrasiyasını, qabaqcıl texnologiyaların təhsilə mühüm təsirini, məktəblilərin rəqəmsal savadlılığının artırılması istiqamətində atılan addımların rolunu bir daha vurğulayır.

Bundan əlavə, bu layihələr gəncləri məktəb yaşlarından yerli və beynəlxalq səviyyədə yeni əməkdaşlıq qurmağa, praktiki tətbiqlər vasitəsilə nəzəri biliklərini mürəkkəb layihələrdə tətbiq etməyə təşviq edir.

1 /1

Şərhlər

Xəbər lenti

8 iyul, 10:05

Magistraturaya qəbul imtahanında 32 nəfər 90 baldan yuxarı toplayıb

8 iyul, 10:04

Magistraturaya qəbul imtahanlarının nəticələri ilə bağlı bəzi statistik göstəricilər açıqlanıb

8 iyul, 09:53

Elm və təhsil naziri yeni “Maarifçi”lərlə görüşüb

8 iyul, 09:26

“Parla”nın iştirakçıları “Müsahibə bacarıqları” təlimində iştirak ediblər

7 iyul, 17:49

BMU Çin universitetləri ilə əməkdaşlıq dairəsini genişləndirir

7 iyul, 17:31

İdmançılarımız İtaliyada böyük uğur qazandılar

7 iyul, 16:40

“Müəllimlərimin mənə verdiyi motivasiyanı indi öz şagirdlərimə ötürürəm” – Uğur yolu

7 iyul, 15:27

II və III qruplar üzrə qəbul imtahanının suallarının düzgün cavabları açıqlanıb

7 iyul, 14:58

9-cu sinif şagirdlərinin NƏZƏRİNƏ!

7 iyul, 14:35

Veb-texnologiyaları üzrə “WorldSkills Azərbaycan 2025” yarışı yekunlaşıb

7 iyul, 14:35

İmişlidə ilk dəfə orta məktəbin fəaliyyəti tam orta təhsil səviyyəsi üzrə təşkil edilir

7 iyul, 14:30

“Olimpiadalar real bacarıqlara fokuslanmaq imkanı verir” – Beynəlxalq olimpiadadan medalla qayıdanlar

7 iyul, 13:31

DİN süni intellekt və IT sahələri üzrə təqaüd proqramına start verib

7 iyul, 12:56

Sabahın hava proqnozu açıqlanıb

7 iyul, 12:40

Gömrük Akademiyasında “Məzun günü” keçirilib

7 iyul, 11:42

Məktəbəqədər təhsilin təşkili strategiyalarına dair təqdimat keçirilib

7 iyul, 11:25

Peşə təhsilini bitirmədən iş təklifi aldı – Uğur hekayəsi

7 iyul, 11:15

Geomaqnit qasırğası gözlənilir

7 iyul, 11:04

Universitetlər üçün tələbələrin köçürülməsi ilə bağlı təlimlər keçirilib

7 iyul, 11:00

Quba-Xaçmaz regionunun müəllimlərinin kurikulumla bağlı bilikləri artırılır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.