Bütün xəbərlər
8 iyul, 10:04

Bu il ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanları iki dəfə - 16 fevral və 11 may tarixlərində keçirilib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən “Azərbaycan müəllimi”nə məlumat verilib.

Bildirilib ki, imtahanın hər iki cəhdi ilə bağlı ümumi statistik göstəriciləri və bəzi göstəricilərin ötən il keçirilən imtahanlarla müqayisəsinə aid məlumatları təqdim edirik. Nəzərinizə çatdırırıq ki, hazırki müqayisə şərti xarakter daşıyır və bakalavrlara ixtisaslaşma seçimi zamanı kömək məqsədilə təqdim olunur.

İmtahanda iştirakçılara məntiqi təfəkkür üzrə 50, informatika üzrə 25 və xarici dil üzrə 20 test tapşırığı olmaqla, ümumilikdə 95 test tapşırığı təqdim olunub. Bakalavrların xarici dil üzrə yazı bacarıqları esse ilə yoxlanılıb. İştirakçılar qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar üzrə 95, esse üzrə isə 5 bal toplamaq imkanına malik olublar. İmtahanda toplanılan bilən maksimum bal 100 olub.

2025-ci ildə keçirilən imtahanlarda, ümumilikdə 26241 bakalavr iştirak edib. Ötən il müvafiq göstərici 24858 nəfər olub. İştirakçıların sayı ötən illə müqayisədə 1383 nəfər daha çox olub.

Bu il bakalavrların yarısının imtahanlarda topladığı bal 48-ə yaxın (median 47.58) olub. Ötən il isə bu göstərici 49 bala yaxın (median 48.55) idi.

Bu il 90 va daha yuxarı bal toplayanların sayı 32 nəfər, 80 və daha yuxarı bal toplayanların sayı 381 nəfər, 70 və daha yuxarı bal toplayanların sayı 2019 nəfər olub. Ötən il analoji göstəricilər 44, 458 və 2106 nəfər idi.

Aşağıdakı cədvəllərdə bakalavrların 2025 və 2024-cü illərdə keçirilən imtahanlarda topladıqları ballarla tanış ola bilərsiniz.  

Magistratura - 2025

Bakalavrların sayı: 26241

Bal
intervalları

Bakalavrların

sayı
(tezliklər)

0 - 30

3147

30 - 35

2209

35 - 40

2868

40 - 45

3168

45 - 50

3345

50 - 55

3102

55 - 60

2636

60 - 65

2137

65 - 70

1610

70 - 75

1031

75 - 80

607

80 - 85

255

85 - 90

94

90 - 95

27

95 - 100

5

 

Magistratura - 2024

Bakalavrların sayı: 24858

Bal
 intervalları

Bakalavrların
 sayı
 (tezliklər)

0 - 30

2301

30 - 35

1932

35 - 40

2613

40 - 45

3204

45 - 50

3351

50 - 55

3069

55 - 60

2707

60 - 65

2100

65 - 70

1475

70 - 75

1035

75 - 80

613

80 - 85

279

85 - 90

135

90 - 95

39

95 - 100

5

Şərhlər

Xəbər lenti

31 iyul, 17:47

Tətil üçün güclü pedaqoji alət: Animasiya filmləri

31 iyul, 16:52

Dövlət Agentliyi: Peşə təhsili müəssisələrinə qəbulda fəallıq müşahidə edilir

31 iyul, 16:31

MİQ üzrə vakansiya seçimi başlayır

31 iyul, 16:28

Musiqi ədəbiyyatı fənni üzrə test imtahanı keçiriləcək

31 iyul, 16:23

Özəl bağçalar üçün MTİS üzrə təlim keçirilib

31 iyul, 16:19

Hansı universitet mənə uyğundur? Cavabı sərgidə axtaranlar – REPORTAJ

31 iyul, 15:55

Avropa Universitetləri Futzal Çempionatının qalibi olan komanda ilə görüş keçirilib

31 iyul, 15:47

Avqust ayına olan hava proqnozu açıqlanıb

31 iyul, 15:13

BMU-da iqlim böhranı ilə bağlı hakatonun iştirakçıları ilə görüş keçirilib

31 iyul, 14:46

Aydın Mirzəzadə: Bir vaxtlar yüksək sayılan qəbul nəticələri bu gün artıq orta hesab olunur

31 iyul, 14:11

Səs yazısı yayılan direktorla bağlı araşdırma aparılacaq – RƏSMİ AÇIQLAMA

31 iyul, 13:39

İtaliya-Azərbaycan Universitetinin ilk tələbələri məzun oldular

31 iyul, 13:32

Baş Dövlət Yol Polisi İdarəsindən valideynlərə ÇAĞIRIŞ

31 iyul, 13:27

Şəkli ilə dünyada, sazı ilə səhnədə məşhurlaşdı – Aşıq sənətini yaşadan məktəblilərin hekayələri

31 iyul, 13:22

Ali məktəblərin akkreditasiya meyarları müzakirəyə çıxarılıb – Yeni sənəd hazırlanıb

31 iyul, 13:17

Beynəlxalq Təhsil İcmalı – İyul 2025

31 iyul, 13:13

“Memarlıq” üzrə qabiliyyət imtahanı ilə bağlı apellyasiya komissiyası yaradılacaq

31 iyul, 12:19

Sabahın hava proqnozu açıqlanıb

31 iyul, 12:10

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başladı

31 iyul, 12:06

"Yenilənən məktəblər": Mingəçevir şəhəri İ.Kişiyev adına 17 nömrəli tam orta məktəb – FOTOLAR

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.