Bütün xəbərlər
31 iyul, 13:32

Yol hərəkətində təhlükəsizliyin təmin olunması hər bir hərəkət iştirakçısının məsuliyyətli davranışından asılıdır. Təəssüf ki, bəzən valideynlər, xüsusilə də velosiped, moped və ya motosikletlə hərəkət edən şəxslər təhlükənin fərqində olmadan, azyaşlı övladlarını bu nəqliyyat vasitələrinin arxasında və ya əlavə oturacaq hissəsində daşımaqla onların həyatını ciddi təhlükə altına atırlar.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) valideynlərə çağırışında bildirilib.

"Unutmaq olmaz ki, azyaşlıların bədən quruluşu və refleksləri qəfil vəziyyətlərə qarşı müdafiəsizdir və yüngül sayılan bir zərbə belə ciddi xəsarətlərlə nəticələnə bilər. Şübhəsiz ki, heç bir valideyn övladına zərər vermək istəmir, əksinə, onu çox sevir, qoruyur. Lakin bəzən edilən hərəkət, yəni təhlükə ehtimalı olan şəraitdə uşağı velosiped və ya motosikletlə aparmaq, bu sevginin əksi olan bir davranış kimi qiymətləndirilə bilər. Təhlükədən xəbərsiz körpə valideynin məsuliyyətsizliyi ucbatından həyatını itirə və ya ömürlük iz buraxan xəsarətlərlə üzləşə bilər", – deyə qeyd olunub.

BDYPİ bir daha bütün valideynlərə və qəyyumlara çağırış edərək bildirib ki, heç bir səbəb – tələsmək, məsafənin yaxın olması və ya şəxsi rahatlıq uşaqların həyatını təhlükəyə atmağa haqq qazandırmır. “Qaydalara əməl etməklə faciədən yayınmaq mümkündür. Unutmayın ki, sonrakı peşmançılıq nə təhlükəni aradan qaldırır, nə də əzizlərinizi geri qaytarır", – deyə çağırışda vurğulanıb.

Şərhlər

Xəbər lenti

1 avqust, 10:27

Qobustanda peşə təhsili müəssisəsi fəaliyyətə başlayacaq

1 avqust, 10:18

Magistrlər üçün təhsil krediti: Bal tələbi varmı?

1 avqust, 10:04

Magistraturaya elektron sənəd qəbulunun vaxtı uzadıldı

1 avqust, 09:51

Yeni oyuncaq standartları bağça proqramlarını dəyişəcək

1 avqust, 09:46

“Jurnalistika”nın qabiliyyət imtahanında 1071 abituriyent iştirak edəcək

1 avqust, 09:23

ADPU-CVU ikili diplom magistr proqramına qəbulla bağlı infosessiya keçirilib

31 iyul, 17:47

Tətil üçün güclü pedaqoji alət: Animasiya filmləri

31 iyul, 16:52

Dövlət Agentliyi: Peşə təhsili müəssisələrinə qəbulda fəallıq müşahidə edilir

31 iyul, 16:31

MİQ üzrə vakansiya seçimi başlayır

31 iyul, 16:28

Musiqi ədəbiyyatı fənni üzrə test imtahanı keçiriləcək

31 iyul, 16:23

Özəl bağçalar üçün MTİS üzrə təlim keçirilib

31 iyul, 16:19

Hansı universitet mənə uyğundur? Cavabı sərgidə axtaranlar – REPORTAJ

31 iyul, 15:55

Avropa Universitetləri Futzal Çempionatının qalibi olan komanda ilə görüş keçirilib

31 iyul, 15:47

Avqust ayına olan hava proqnozu açıqlanıb

31 iyul, 15:13

BMU-da iqlim böhranı ilə bağlı hakatonun iştirakçıları ilə görüş keçirilib

31 iyul, 14:46

Aydın Mirzəzadə: Bir vaxtlar yüksək sayılan qəbul nəticələri bu gün artıq orta hesab olunur

31 iyul, 14:11

Səs yazısı yayılan direktorla bağlı araşdırma aparılacaq – RƏSMİ AÇIQLAMA

31 iyul, 13:39

İtaliya-Azərbaycan Universitetinin ilk tələbələri məzun oldular

31 iyul, 13:27

Şəkli ilə dünyada, sazı ilə səhnədə məşhurlaşdı – Aşıq sənətini yaşadan məktəblilərin hekayələri

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.