Bütün xəbərlər
1 avqust, 09:46

Dövlət İmtahan Mərkəzi avqustun 4-də ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək.

DİM-dən “Azərbaycan müəllimi”nə bildirilib ki, bu imtahanda “Jurnalistika” ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edə biləcəklər.

İmtahanda 1071 abituriyentin iştirakı nəzərdə tutulur.

İmtahan Bakı şəhərində və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay, Şirvan və Xaçmaz şəhərlərində təşkil olunacaq.

İmtahanda iştirak edəcək abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in internet saytından çap edirlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı qeyd olunub. Buraxılış vərəqəsi ilə yanaşı, abituriyentlərə “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan saat 10:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək.

İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. 

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: 

-   İmtahana buraxılış vərəqəsi;

-   Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanın məzmunu haqqında məlumat:

Qabiliyyət imtahanında mövzular imtahanın  başlanmasından bir neçə dəqiqə əvvəl Mətbuat Şurasının və KİV nümayəndələrinin iştirakı ilə seçiləcək və videobağlantı vasitəsilə imtahan mərkəzlərinə çatdırılacaq. Abituriyentlər təqdim olunmuş mövzulardan biri üzrə inşa (esse) yazacaqlar. Yazı işi abituriyentin imtahan verdiyi bölmədən asılı olaraq Azərbaycan və ya rus dilində yerinə yetirilməlidir.

İnşa (esse) abituriyentin seçmiş mövzu üzrə öz nöqteyi-nəzərini əsaslandırılmış şəkildə ifadə etdiyi müstəqil, yaradıcı yazı işidir. Abituriyentlərə ictimai-siyasi, iqtisadi, mədəni həyat sahələrinə aid, həmçinin respublikamız, görkəmli şəxsiyyətlər, təhsil, ətraf mühit, mənəviyyat və eləcə də bütün bəşəriyyəti düşündürən qlobal problemlər haqqında müstəqil mühakimə yürütmək və əsaslandırmaq bacarığını nümayiş etdirməyə imkan verən sərbəst mövzular təklif olunur.

İnşanı (esseni) yazarkən abituriyent:

  • səliqəli, oxunaqlı və aydın xətlə yazmalı;
  • öz fikirlərini aydın və savadlı şəkildə ifadə etməli;
  • mövzunun mahiyyətini açmalı və dolğun əhatə etməli;
  • yazının tərkib hissələri (giriş, əsas hissə və nəticə) arasında məntiqi rabitə yaratmalı, abzaslarla fərqləndirməli və fikirlərini məntiqi ardıcıllıqla ifadə etməli;
  • ictimai-siyasi problemlərə yaxşı bələd olduğunu nümayiş etdirməli;
  • ictimai-siyasi problemləri təhliletmə, ümumiləşdirmə və məntiqi nəticəçıxarma qabiliyyətini nümayiş etdirməli;
  • fikir və düşüncələrini anlaşıqlı, məntiqli, rabitəli və aydın surətdə, ədəbi dilin normalarına, o cümlədən, qrammatika, orfoqrafiya, durğu işarələrinin işlənməsi qaydalarına uyğun olaraq ifadə etməli, öz fikir və mühakimələrini əsaslandırmaq üçün bir neçə (3 və daha çox) müvafiq sitat, iqtibas, nümunə və faktlardan (tarixi hadisə, bədii parçalar, həyat hadisələri və s.) istifadə etməlidir.

Yazı işinin qiymətləndirilməsi zamanı inşanın məzmununu, yazı savadı və aşağıdakı meyarlar nəzərə alınır:

  • İnşa yazı (esse) 2–4 səhifə (ən azı 2 səhifə və ya 420 söz) həcmində olmalıdır.
  • verilmiş mövzunun başa düşülməsi, mövzu üzrə material, əsas fakt və hadisələr haqqında məlumata malik olunması;
  • abituriyentin mövzuya orijinal yanaşması, öz nöqteyi-nəzərini əsaslandırılmış şəkildə ifadə etmək bacarığı, mövzunun əhatə olunma səviyyəsi, fikirlərin aydın və anlaşıqlı ifadə olunması;
  • çıxarılan nəticələrin məntiqli və əsaslandırılmış olması;
  • yazı üslubunun orijinallığı, dilin zənginliyi, obrazlılığı və səlisliyi, savadlılıq səviyyəsi;
  • yazı işinin ədəbi dilin fonetik (orfoqrafiya və durğu işarələri), qrammatik və leksik normalarına tam riayət edilməklə yazılması.

Yazı işi yuxarıdakı meyarlar nəzərə alınmaqla “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir.

“Qeyri-məqbul” qiyməti mövzunun zəif əhatə olunduğu və ya heç əhatə olunmadığı, abituriyentin mövzunu səthi bildiyini və ya heç bilmədiyini aşkara çıxaran, başqa mövzuda yazılmış, mətnin hissələri arasında məntiqi əlaqənin pozulduğu, abituriyentin özü haqqında hər hansı məlumat yazdığı və ya özünü tanıtmaq məqsədi ilə hər hansı bir işarə vurduğu, 8 və daha çox fonetik, qramatik və leksik səhvi olan yazılara verilir.

Yazı işində abituriyentlərin özləri haqqında hər hansı məlumat (ad, soyad, ata adı, baba adı, məktəb adı, müəllim adı, yaşayış yeri və s.) yazması və ya özlərini tanıtmaqla bağlı hər hansısa işarə vurması qadağandır. Belə hala yol vermiş abituriyentlərin yazı işləri “sıfır” balla qiymətləndirilir. Seçdiyi mövzudan fərqli mövzuda, həmçinin 1 səhifədən (190 sözdən) az həcmdə yazılmış inşalar da “sıfır” balla qiymətləndirilir.

Qeyd edək ki, inşa mövzularına aid nümunələr DİM-in internet saytında (Bakalavriat > Faydalı) yerləşdirilib.

Şərhlər

Xəbər lenti

1 avqust, 19:53

BDU və Yerusəlim İbrani Universiteti birgə ikili diplom proqramına qəbul elan edir

1 avqust, 19:48

BDU “Ərəb dili ayı”nın açılış həftəsinə ev sahibliyi edəcək

1 avqust, 19:32

Türkiyənin Azərbaycandakı səfiri BDU-da olub

1 avqust, 17:57

Avropada tam ştatlı məcburi təhsildə tövsiyə edilən illik tədris müddəti 2024/2025

1 avqust, 17:43

Yaşlıların təhsili üzrə tendensiyalar

1 avqust, 17:03

Kimyanı sevdirən müəllimlər: Onlar buna necə nail olurlar?

1 avqust, 16:37

“NEQSOL Holding” ”Parla"ya görə beynəlxalq mükafat aldı

1 avqust, 16:05

“Maarifçi”lər üçün “Rifah strategiyaları: sağlam və effektiv həyat tərzi” təlimi keçirilib

1 avqust, 15:57

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

1 avqust, 15:45

Emin Əmrullayev Ukraynanın ölkəmizdəki səfiri ilə görüşüb

1 avqust, 15:34

Gümüş medal, yüksək ballar və fərqlənmə attestatları – 90 yaşlı məktəbin uğurları 

1 avqust, 14:23

Nadir Məmmədli: Süni intellektlə əldə etdiyimiz sözlərin hamısı lüğətə daxil edilməyəcək

1 avqust, 13:19

Ali Məhkəmə işdən çıxarılan direktorun iddiasını təmin etməyib

1 avqust, 12:59

Strategiya müzakirələri başladı: Peşə təhsilində dəyişikliklər gündəmdə

1 avqust, 12:34

Bakıdan Salyana dərs keçməyə gedən müəllim: Sinifdə bütün problemlərimi unuduram

1 avqust, 12:32

Sabahın hava proqnozu açıqlanıb

1 avqust, 11:18

İxtisasını özün necə düzgün seçə bilərsən? – Ekspert açıqlayır 

1 avqust, 10:27

Qobustanda peşə təhsili müəssisəsi fəaliyyətə başlayacaq

1 avqust, 10:18

Magistrlər üçün təhsil krediti: Bal tələbi varmı?

1 avqust, 10:04

Magistraturaya elektron sənəd qəbulunun vaxtı uzadıldı

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.