.jpeg)
Avqustun 2-də Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Nəzəri və Tətbiqi Mexanika Türk Milli Komitəsinin əsas təşkilatçılığı ilə “Mexanikada yeni trendlər” (New Trends in Mechanics) I Beynəlxalq elmi konfransı öz işinə başlayıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, ABŞ, Almaniya, Avstriya, Azərbaycan, İtaliya və Türkiyə universitetlərindən və elmi-tədqiqat institutlarından tanınmış mütəxəssislərin iştirak etdiyi konfransda Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Tədbirin açılış mərasimində ADPU-nun rektoru professor Cəfər Cəfərov, İstanbul Medipol Universitetinin nəzəri və tətbiqi mexanika milli komitəsinin rəhbəri, konfransın həmsədri professor Mehmet Omurtağ, ADPU-nun prorektoru, konfransın təşkilat komitəsinin həmsədri professor Asəf Zamanov, AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov, AMEA-nın akademik-katibi akademik Arif Həşimov, ADNSU-nun rektoru Rüfət Əzizov, İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasov, İstanbul Texniki Universitetinin prorektoru Şenol Ataoğlu çıxış ediblər.
Çıxışlarda 46 ildir fasiləsiz olaraq hər iki ildən bir müxtəlif universitetlərdə təşkil olunan, Türkiyənin ən uzunmüddətli elmi tədbiri olan və 24-cü dəfə keçirilən Milli Mexanika Konqresinin bu il ilk dəfə olaraq beynəlxalq konfrans formatında Azərbaycanda – Pedaqoji Universitetdə keçirilməsinin əhəmiyyəti qeyd olunub, konfransın mexanika və mühəndislik sahəsində qlobal elmi əməkdaşlıqlara zəmin yaradacağı qeyd olunub.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sektor müdiri Elza Səmədova Azərbaycan və Türkiyə arasında elm və təhsil əlaqələrinin daha da sürətləndirilməsinin, bu cür elmi tədbirin keçirilməsi və çox sayda alim və tədqiqatçıların bir araya gətirilməsinin hər zaman arzuedilən olduğunu bildirib. Xüsusilə tədbirin ali təhsil və elmi müəssisələrdə çalışan gənc mütəxəssislərin öz həmkarları ilə ölkəmizdə fizika, mexanika, riyaziyyat, astronomiya və s. sahələrdə effektiv müzakirələr aparmasına öz töhfəsini verəcəyinə inandığını vurğulayıb və konfrans iştirakçılarına uğurlar arzulayıb.
Daha sonra konfranın ilk günü panel sessiyalarda çıxışlarla davam edib.
İstanbul Texniki Universiteti, İstanbul Ticarət Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azerbaycan Texniki Universiteti, Riyaziyyat və Mexanika İnstitutu, bir çox digər universitet və elmi-tədqiqat institutlarının töhfəsi ilə təşkil olunan çoxsaylı paralel sessiyalarda struktur (konstruksiyalar) mexanikası, bərk cisim mexanikası, tətbiqi riyaziyyat, tətbiqi mexanika, maye mexanikası və materiallar mexanikası sahələrində 150-ə qədər elmi məruzə təqdim ediləcək.
Konfrans öz işini sentyabrın 5-dək davam etdirəcək.
Konfransda ABŞ, Almaniya, Avstriya, Azərbaycan, İtaliya və Türkiyə universitetlərindən və elmi-tədqiqat institutlarından tanınmış mütəxəssislər iştirak edirlər.
1 /19
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər