
"Abşeron məktəblərinə keçən tədris ilində təkcə yay günlərində 3800-ə yaxın şagird yerdəyişmə edib. Bu, təkcə daxili deyil, həm də rayonların hesabına yaranmış yerdəyişmədir. Buna görə də gələn tədris ili üçün həyəcan təbili çalınır. Gələn il mütləq şəkildə Abşeronda yeni məktəbə ehtiyacımız var".
Bunu Abşeron–Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva regionu üzrə təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.
İdarə rəhbəri əlavə edib ki, şagird sayının azaldılması məqsədilə Xırdalan 1, 2, 5 nömrəli tam orta məktəblərə şagird yerdəyişməsi dayandırılıb:
"Yaxınlıqda 11 nömrəli məktəb tikilib, Xırdalanın 8 nömrəli məktəbi tamamilə yenidən tikilərək istifadəyə verilib. Bu məktəblərdə biz kifayət qədər sinif açsaq, şagirdləri oraya yerləşdirəcəyik. Məqsəd odur ki, Xırdalan 1, 2, 11 nömrəli tam orta məktəblərdə eyni sayda şagird olsun".
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər