Bütün xəbərlər
3 sentyabr, 11:34

Xəzər Universitetinə yeni rektor təyin edilib. 

Universitetdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, Raziya İsayeva Rufət qızı universitetin rektor vəzifəsinə təyin olunub.

Raziya İsayeva uzun illər ərzində Xəzər Universitetinin İnkişaf Mərkəzinin direktoru olaraq fəaliyyət göstərib.

R.İsayeva Xəzər Universitetində “Beynəlxalq iqtisadi münasibətlər” üzrə bakalavr dərəcəsi və Biznesin idarə edilməsi (MBA) üzrə magistr dərəcəsi alıb. R.İsayeva Corc Vaşinqton Universitetindən “Layihələrin idarə edilməsi” üzrə magistr sertifikatına malikdir. 2024-cü ildə Finlandiyanın Lapland Universitetində “Postsovet universitetində tələbə məşğulluğu – Azərbaycanda və Estoniyada mövcud vəziyyət və perspektivlər” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək təhsil üzrə fəlsəfə doktoru dərəcəsini alıb. O, doktorluq dissertasiyasında postsovet ölkələrində tələbələrin öyrənmə təcrübəsinin təkmilləşdirilməsi yollarını araşdırıb.

Qeyd edək ki, Xəzər Universitetinin keçmiş rektoru İradə Xəlilova istefa verərək, vəzifəsindən ayrılıb. 

1 /1

Şərhlər

Xəbər lenti

4 sentyabr, 21:52

Təhsildə keyfiyyət hədəfləri: sentyabr konfransının mesajları

4 sentyabr, 21:47

Şirvan-Salyan regionunda təhsil işçilərinin sentyabr konfransı keçirilib

4 sentyabr, 17:01

Peşə təhsilinə qəbulun II mərhələsinin nəticələri açıqlanıb

4 sentyabr, 16:20

ETİHİ Respublika Komitəsinin nümayəndə heyəti Ankarada bir sıra tədbirlərdə iştirak edib

4 sentyabr, 16:13

Ümumi təhsilin dövlət standartlarının dəyişdirilməsi ilə bağlı müzakirə aparılıb

4 sentyabr, 15:56

Rezidenturanın boş plan yerlərinə qəbulun nəticələri açıqlanıb

4 sentyabr, 15:49

Dünya həyəcan təbili çalır: telefondan istifadə tədris prosesinə zərbə vurur

4 sentyabr, 15:29

“ICPC universitetlər arasında əməkdaşlığı təşviq edir” – Fariz İsmayılzadə

4 sentyabr, 15:25

Azərbaycanlı tələbələr “ICPC Global”ın tədbirlərinə qatılacaqlar

4 sentyabr, 15:17

34 il sonra işğaldan azad olmuş ərazilərdə ilk konfrans təşkil edilib

4 sentyabr, 15:14

Bill Pauçer: Hansı təhsil müəssisəsinə sərmayə qoyulursa, orada inkişaf olur

4 sentyabr, 14:48

Bil Pauçer: Azərbaycanda ICPC icmasının formalaşması təqdirəlayiqdir

4 sentyabr, 14:43

Allen Gavin: ICPC gələcəyin texnologiya liderlərini bir araya gətirən qlobal platformadır

4 sentyabr, 14:41

Vüsal Xəlilov: Rəqəmsal xidmət sahəsində ixtisaslaşmış kadrlara böyük ehtiyac var

4 sentyabr, 14:35

Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri AÇIQLANDI

4 sentyabr, 14:24

Bakının təhsil işçilərinin sentyabr konfransı keçirilib

4 sentyabr, 13:53

MDU ilə ASK arasında əməkdaşlıq imkanları müzakirə olunub

4 sentyabr, 13:51

"Riyaziyyat və mexanikanın müasir problemləri” adlı XII Beynəlxalq konfrans öz işinə başlayıb

4 sentyabr, 13:35

Biləsuvarın bu liseyi qəbulda 14-cü dəfə 100 faizlik nəticə göstərib

4 sentyabr, 13:19

Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.