
“Bu gün məhsul və xidmətlərin formalaşmasında rəqəmsal yanaşma əsas rol oynayır və bu sahədə ixtisaslaşmış kadrlara böyük ehtiyac var”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri ICPC Dünya Finalı 2025 çərçivəsində keçirilən mətbuat konfransında Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin müavini Vüsal Xəlilov səsləndirib.
O bildirib ki, artıq müəyyən rəqəmsallaşma səviyyəsinə çatılıb: “Lakin inkişaf davam etməlidir. Bu səbəbdən Mərkəzi Bank olaraq belə təşəbbüsləri dəstəkləyirik. Məqsədimiz işində peşəkar, rəqəmsal bacarıqlara malik daha çox gəncin yetişdirilməsidir”.
Vüsal Xəlilov qeyd edib ki, ICPC kimi nüfuzlu yarışmalar bu baxımdan əhəmiyyətli platformadır: “Bil Pauçerin də vurğuladığı kimi, dünyanın aparıcı texnoloji şirkətlərinin baniləri arasında ICPC məzunları çoxluq təşkil edir. Mərkəzi Bankda da bu yarışmanın məzunları çalışır. Hesab edirik ki, bu cür təşəbbüslər təkcə maliyyə sektoruna deyil, ümumilikdə ölkənin rəqəmsal transformasiyasına töhfə verəcək”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər