Bütün xəbərlər
4 sentyabr, 15:49

Müasir dövrdə mobil telefonlar gündəlik həyatın ayrılmaz hissəsinə çevrilsə də, onların məktəblərdə istifadəsi qlobal miqyasda ciddi müzakirələr doğurur. Tədqiqatlar göstərir ki, dərs zamanı telefondan istifadə şagirdlərin diqqətini yayındırır, akademik nailiyyətləri zəiflədir və sosial-psixoloji rifahı zədələyir. Bu səbəbdən bir çox ölkələrdə təhsil müəssisələrində mobil telefonlara məhdudiyyətlər tətbiq olunur və nəticələr, əsasən, müsbət qiymətləndirilir.

“Azərbaycan müəllimi” BBC-yə istinadən xəbər verir ki, Böyük Britaniyada məktəblərdə mobil telefonlarından istifadənin qadağan olunması ilə bağlı müzakirələr yeni mərhələyə qədəm qoyub. Bu dəfə məsələni gündəmə gətirən ötən il qətlə yetirilən 16 yaşlı Brianna Geyin anası Ester Gey olub. O, məktəblərdə mobil telefon qadağası ilə bağlı hökumətə rəsmi müraciət ünvanlayıb.

Ester Gey bildirib ki, qızı Brianna məktəbdə telefon asılılığı səbəbindən dəfələrlə çətinliklərlə üzləşib. Onun təhsil aldığı “Birchwood Community High School”da cəmi üç il ərzində telefonla bağlı 120 təhlükəsizlik problemi, 116 davranış pozuntusu qeydə alınıb. Valideynin sözlərinə görə, qızı dərsdə mesaj yazır, “TikTok” videoları çəkirdi.

Ananın təklif etdiyi modelə görə, telefonlar dərs gününün əvvəlində xüsusi kilidli kisələrə yerləşdirilməli və yalnız günün sonunda açılmalıdır. Bu sistemin tətbiqi ilə dərslərə marağın artdığı, şagirdlər arasında ünsiyyətin gücləndiyi və nəticələrin yaxşılaşdığı qeyd olunur. Müəllimlər hesab edirlər ki, məhdudiyyətlər həm intizamı, həm də akademik nailiyyətləri nəzərəçarpacaq dərəcədə yaxşılaşdırıb. 

Böyük Britaniyada məktəblər mobil telefon istifadəsini məhdudlaşdırmaq səlahiyyətinə malikdir. Bununla yanaşı, uşaqları onlayn zərərli məzmundan qorumaq üçün “Təhlükəsiz internet” Qanunu qəbul olunub. Lakin Ester Gey məktəblərin bu sistemi tətbiq etməsi üçün dövlət maliyyələşməsinin vacibliyini vurğulayır.

Problemin miqyası təkcə Britaniya ilə məhdudlaşmır. ABŞ-də aparılan araşdırmalara görə, məktəb rəhbərlərinin 53%-i telefonların akademik göstəricilərə mənfi təsir göstərdiyini bildirir. Psixoloji rifah və diqqət problemləri isə daha da kəskindir.

OECD-nin PISA nəticələrinə əsasən, məktəblərdə telefon qadağası şagirdlərin dərsə konsentrasiyasını artırır, xüsusən riyaziyyat fənnində nəticələr yaxşılaşır.

Niderlandda 2024-cü ilin əvvəlində tətbiq olunan qadağa nəticəsində məktəblərin 75%-i diqqətin artdığını, 59%-i daha sağlam sosial mühitin formalaşdığını, 28%-i isə təhsil göstəricilərinin yaxşılaşdığını bildirib

Nyu-Yorkda tətbiq olunan “bell-to-bell” telefon qadağası riyaziyyat və oxu nəticələrində 20 illik geriləməni aradan qaldırmağa yönəlib. Artıq bəzi məktəblərdə dərs müzakirələrinin canlandığı və seçmə fənlərə marağın artdığı müşahidə olunur. Ümumiyyətlə, 2025-ci ildə ABŞ-də aparılan sorğuda respondentlərin 44%-i gün ərzində, 74%-i isə ən azı dərs vaxtı telefon qadağasını dəstəklədiyini bildirib. 

Mobil telefonların sinif otaqlarında yaratdığı dağıdıcı təsir artıq inkar olunmur. Əldə olunan statistika və dünya təcrübəsi göstərir ki, bu cihazların məhdudlaşdırılması təkcə akademik nəticələri deyil, həm də şagirdlərin psixoloji rifahını və sosial bacarıqlarını gücləndirir. 

Şərhlər

Xəbər lenti

13 oktyabr, 23:08

1300 müəllim beynəlxalq sertifikat qazanıb

13 oktyabr, 22:44

Məktəbə velosipedlə gedirlər

13 oktyabr, 17:55

Azərbaycan müəllimləri emosional bacarıqların inkişafına görə öndədirlər - HESABAT

13 oktyabr, 17:21

Azərbaycan səfirliyinin nümayəndəsi Ankarada azərbaycanlı tələbələrlə görüşəcək

13 oktyabr, 17:05

UNEC-də “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

13 oktyabr, 16:57

AzMİU Beynəlxalq Təhsil sərgisində təmsil olunub

13 oktyabr, 16:36

Müəllimlərin peşəkar inkişaf imkanları

13 oktyabr, 16:14

Təhsilalanların hüquqlarının müdafiəsi üzrə təlimlər başa çatıb

13 oktyabr, 15:26

Kimya və riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanları keçiriləcək

13 oktyabr, 15:12

25 illik elmi mübahisəyə eksperimental sübutla son qoyulub 

13 oktyabr, 14:55

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin nəticələri açıqlanıb

13 oktyabr, 14:54

Müəllimlərimiz hansı stres mənbələrini qeyd edirlər? - OECD

13 oktyabr, 14:10

İqtisadiyyat üzrə Nobel laureatlarının adları açıqlanıb

13 oktyabr, 13:17

MDU Dokuz Eylül Universiteti ilə ikili diplom proqramı icra edəcək

13 oktyabr, 13:09

AzMİU-da ilkin tibbi yardım üzrə təlim keçirilib

13 oktyabr, 13:03

Riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanının II mərhələsi keçirilib

13 oktyabr, 12:53

Vüsal Xanlarov: Müasir şagird üçün köhnə üsulla keçirilən dərs maraqsızdır

13 oktyabr, 12:44

Peşə mərkəzində yaşıl enerji ilə bağlı təlimlər keçirilib

13 oktyabr, 12:34

SAF 2025 - Beynəlxalq STEAM Azərbaycan Festivalı keçiriləcək

13 oktyabr, 12:20

Şagird və müəllimlər üçün süni intellekt agenti yaradılır – YENİLİK

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.