
Təhsil İnstitutu tərəfindən cari ildən etibarən ümumi təhsilin dövlət standartlarının yenilənməsi və dəyişdirilməsi istiqamətində işlərə başlanılıb.
İnstitutdan “Azərbaycan müəllimi”nə bildirilib ki, yeni təhsil standartlarının hazırlanmasında beynəlxalq təcrübənin öyrənilməsi, XXI əsr bacarıqlarının nəzərə alınması və qabaqcıl yanaşmaların milli şəraitə uyğunlaşdırılması nəzərdə tutulub. Bu məqsədlə 25-29 avqust 2025-ci il tarixlərində “Təhsil transformasiyası üçün strateji yol xəritəsi: Konsultasiya vörkşopu” adlı müzakirələr təşkil olunub. Müzakirələr Avstraliyanın Təhsil Tədqiqatları Şurası (ACER) ilə Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) arasında əməkdaşlıq çərçivəsində həyata keçirilib.
Müzakirə və vörkşoplar 5 gün davam edib və hər gün müxtəlif maraqlı tərəfləri təmsil edən qruplarla praktiki müzakirələr və interaktiv fəaliyyətlər həyata keçirilib.
Əsas məqsəd Azərbaycanın təhsil sisteminin hazırkı vəziyyətini qiymətləndirmək, gələcək hədəfləri müəyyənləşdirmək və bu istiqamətdə strateji yol xəritəsi üzərində ortaq baxış formalaşdırmaq olub. İştirakçılar keyfiyyətli kurikulum, qiymətləndirmə prosesləri, tədris metodları, inklüzivlik, liderlik və təhsil ekosistemi kimi əsas istiqamətlər üzrə fikir mübadiləsi aparıblar.
Təlimçi olaraq beynəlxalq təcrübəyə malik ekspertlər – ACER-ın tədqiqat üzrə direktoru Moris Uolker və elmi işçisi İan Teo iştirak ediblər. Onlar təhsil sistemlərinin beynəlxalq təcrübələrini bölüşərək Azərbaycanın gələcək hədəflərinə uyğun tövsiyələr veriblər.
Bu təlim Azərbaycanın təhsil sisteminin gələcək inkişafı üçün yeni imkanlar açır. Müxtəlif maraqlı tərəflərin bir araya gələrək fikir mübadiləsi aparması strateji yol xəritəsinin uğurla hazırlanmasına zəmin yaradacaq.
1 /8
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər