
“Bugünkü dövrdə biz daha çox qiymətləndirmələrə, göstəricilərə diqqət yetiririk. Bunlar vacibdir. Tibb dilində desək, diaqnostik vasitələr kimidir. Amma mənim gördüyüm odur ki, hansı təhsil müəssisəsinə sərmayə qoyulursa, orada inkişaf da olur”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri ICPC Dünya Finalı 2025 çərçivəsində keçirilən tədbirdə ICPC Fondunun prezidenti Bill Pauçer “Azərbaycanda ali təhsil müəssisələrini ziyarət etmək imkanınız oldumu?”sualına cavab verərkən səsləndirib.
O, təhsildə qiymətləndirmə və göstəricilərin əhəmiyyətini vurğulasa da, daha önəmli olanın universitetlərə və tələbələrə ruh və enerji vermək olduğunu bildirib: “Universitetlərin çiçəklənməsi, tələbələrin uğuru və cəmiyyətin tərəqqisi məhz bu enerjidən keçir”.
Bill Pauçer həmçinin qeyd edib ki, universitetlərin nəsillərarası inkişafda rolu danılmazdır: “Bu proses aylar, illər yox, bəzən nəsillər üzrə ölçülür. Yeni nəsli dəstəkləmək, onların irsən aldıqları güclü tərəflər üzərində qurub gələcəyə doğru getmələrinə şərait yaratmaq bizim borcumuzdur. Onlara başqalarından fərqli, amma dünyanın səkkiz milyard sakini ilə bir-birinə bağlı olduqlarını anlatmaq çox vacibdir”.
O, tədbir iştirakçılarına tələbələrə, müəllimlərə və təşkilatçılara göstərdikləri səylərə görə təşəkkürünü bildirib və bu missiyanın çətin, lakin şərəfli olduğunu vurğulayıb.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər