
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının nümayəndələri ilə görüş keçirilib.
Konfederasiya sədri Sahib Məmmədov müxtəlif sahələr üzrə dinamik inkişaf edən Azərbaycan-Özbəkistan əlaqələrindən danışıb, ölkələrimiz arasında əməkdaşlığın genişlənməsində Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin mühüm rolunu, dövlət başçılarının qarşılıqlı səfərlərinin və imzalanan sənədlərin əhəmiyyətini vurğulayıb.
Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətindən bəhs edən konfederasiya sədri üzvlərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, əməyin mühafizəsi, layiqli iş şəraitinin təmin edilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb. Bildirilib ki, üzvlərin sağlamlığının qorunması, müalicə və istirahətinin təşkili istiqamətində önəmli yeniliklər tətbiq olunub, əlçatanlıq, növbəlilik və şəffaflığın təmin olunması məqsədilə yollayışların verilməsi prosesi elektronlaşdırılıb.
Görüşdə həmçinin iki ölkənin həmkarlar ittifaqları arasında əlaqələrin genişlənməsində Əməkdaşlıq Memorandumunun əhəmiyyəti vurğulanıb, birgə layihələrin, maarifləndirici təlimlərin təşkilinin, qarşılıqlı təcrübə mübadiləsinin önəmi qeyd olunub.
Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının sədr müavini, qurumun Əmək Müfəttişliyinin rəisi Kobilyon Kirgizalıyev iki qardaş ölkə arasında münasibətlərin yüksək səviyyəsindən bəhs edib, əlaqələrimizin uğurla inkişaf edərək dərinləşdiyini deyib. Kobilyon Kirgizalıyev Özbəkistanda əmək hüquqlarının qorunması istiqamətində atılan addımlardan, ittifaq üzvlərinin müalicəsi və istirahəti üçün yaradılmış şəraitdən danışıb. Qeyd olunub ki, Özbəkistan həmkarlar ittifaqları nümayəndələrinin Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında əməyin mühafizəsi, təhlükəsiz iş şəraiti və digər məsələlər üzrə iştirak etdikləri təlim, aparılan fikir və təcrübə mübadiləsi gələcək fəaliyyət üçün faydalı olacaq.
Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının Təkmilləşdirmə İnstitutunun rektoru İrkin Umaraxunov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti barədə məlumat verib, tələbə və təcrübə mübadiləsinin, eləcə də birgə təlimlərin təşkilinin önəminə diqqət çəkib.
Görüşdə əlaqələrin inkişafına dair müzakirələr aparılıb, təkliflər səslənib, təşəbbüslər irəli sürülüb.
Sonra Özbəkistan həmkarlar ittifaqlarının nümayəndələri AHİK-də Çağrı Mərkəzi, eləcə də vətəndaşların qəbulu üçün yaradılmış şəraitlə tanış olublar.
1 /4
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər