Bütün xəbərlər
4 sentyabr, 21:47

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, Biləsuvar rayonunda keçirilən konfransda regional idarənin rəhbərliyi, rayon təhsil sektorlarının müdirləri, məktəb direktorları və müavinləri, həmkarlar təşkilatlarının sədrləri iştirak ediblər.

Tədbirdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev ötən tədris ilinin yekunları ilə bağlı hesabatla çıxış edib. İdarə müdiri bildirib ki, regional idarənin tabeliyində 178 təhsil müəssisəsi fəaliyyət göstərir. Respublika üzrə təhsil alan şagirdlərin 4 faizi bu regional idarənin payına düşür.

O, həmçinin 4-cü, 6-cı siniflər üzrə keçirilən monitorinqlərin və 9-cu sinif buraxılış imatahanının nəticələri barədə geniş məlumat verib: “Ötən tədris ilində 4-cü və 6-cı siniflər üzrə keçirilən monitorinqlərin nəticələri  əvvəlki illərlə müqayisədə bizə daha çox təhlil və inkişaf üçün imkanlar açıb. 9-cu siniflərin buraxılış imtahanlarının nəticələrində isə irəliləyiş baş verib. Həmçinin 4-cü siniflərin monitorinq nəticələrinə əsasən 26, 6-cı siniflərin monitorinq nəticələrinə görə isə 69 təhsil müəssisəsinin nəticələrində irəliləyiş olub”.

Rəşad Musayev həmçinin əlavə edib ki, regionun təhsil işçilərini qarşıdan çox gərgin iş rejimi gözləyir: “Çünki növbəti tədris ilində zəif nəticələrin azaldılması, yüksək nəticələrin isə artırılması üçün qarşıya konkret hədəflər qoyulub”. İdarə müdiri qarşıda duran hədəflərə çatmaq üçün təhsil işçilərinin birgə səylərinin vacibliyini diqqətə çatdırıb. 

Sonra  çıxış edən idarənin Tədrisin keyfiyyəti sektorunun müdiri Mahir Zahidov təhsil müəssisələri qarşısında duran vəzifələrə toxunaraq bildirib ki, planlı və məqsədyönlü işlər həyata keçirildikdə yekun nəticələr də daha ürəkaçan olacaq. 

Sonra çıxış edən Şirvan təhsil sektorunun müdiri Varis Qasımlı, Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin direktoru Aqşin Bağırov, Biləsuvar şəhər Əlövsət Eynullayev adına 4 nömrəli tam orta məktəbin direktoru Elşən Ağazadə, Neftçala rayonu Qismət Nurəliyev adına Xolqaraqaşlı kənd tam orta məktəbinin direktoru Ruhəngiz Nəcəfova, Salyan rayonu Elxan Ağayev adına Arbatan kənd tam orta məktəbinin direktoru Gülər Babayeva rəhbərlik etdikləri təhsil müəssisələrinin uğurları, əməkdaşlıqların qurulması, qoyulan hədəflərə çatmağın yolları barədə çıxış edib, təkliflər səsləndiriblər.

Konfrans panel müşavirələrlə davam edib, müəllimlərlə  ibtidai təhsil səviyyəsi, Azərbaycan dili və riyaziyyat fənləri üzrə  səmərəli fikir mübadiləsi aparılıb.

1 /12

Şərhlər

Xəbər lenti

7 oktyabr, 15:08

Nobel laureatlarının kəşfi elmi və klinik irəliləyişlərə təkan verəcək – Gənc tədqiqatçı

7 oktyabr, 14:48

ADPU-da “Azərbaycan - müharibənin qalibi, sülhün müəllifi” mövzusunda konfrans keçirilib

7 oktyabr, 14:47

Övladınız dərs oxumursa, bunları edin! – Psixoloqdan tövsiyə

7 oktyabr, 13:59

Fizika üzrə Nobel laureatlarının adları açıqlandı

7 oktyabr, 13:45

73 yaşlı tələbə III MDB Oyunlarının könüllüsü oldu 

7 oktyabr, 13:40

Ən çox kredit alanlar bu ixtisaslarda oxuyurlar – SİYAHI

7 oktyabr, 13:32

Təhsil tələbə krediti üçün ayrılan vəsaitin məbləği artıb

7 oktyabr, 13:30

Tələbələrin 470 min manatdan çox kredit borcu bağışlanıb

7 oktyabr, 13:28

24 ailədən üç nəfər təhsil tələbə krediti alıb

7 oktyabr, 13:26

Ən çox kredit alanlar bu universitetlərin tələbələridir – SİYAHI

7 oktyabr, 13:20

Mütəxəssis: Karyera planlamasında valideyn-dost məsləhətləri hər zaman uğurlu olmur – MÜSAHİBƏ

7 oktyabr, 13:12

Tələbələrə 60 milyon manatdan çox təhsil krediti verilib

7 oktyabr, 13:03

Nazir müşaviri: Son üç ildə elmi məqalələrimizin keyfiyyəti artıb

7 oktyabr, 12:34

NDU-da startapçı tələbələrlə görüş keçirilib

7 oktyabr, 12:25

Rəqəmsallaşma saxta diplomlarla bağlı yeni reallığı üzə çıxarıb – TKTA sədri

7 oktyabr, 12:20

Şəhid anası müəllim: Oğlum xidmət etdiyi hərbi hissədə 2 ali təhsilli əsgərdən biri olub

7 oktyabr, 11:52

Sertifikatlaşmanın müsahibə mərhələsinin nəticələri açıqlanıb

7 oktyabr, 11:46

“Hələ tam dərk etmirəm” – Nobel laureatı xəbəri necə aldı?

7 oktyabr, 11:19

Tural Əhmədov: Azərbaycanın bütün universitetlərinin diplomu xaricdə tanınır

7 oktyabr, 10:58

AzMİU və Fırat Universiteti arasında tətbiqyönlü elmi əməkdaşlığa start verilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.