Bütün xəbərlər
3 sentyabr, 11:19

Ötən dərs ilindən tədris dilindən asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrinin V siniflərində Azərbaycan tarixi fənni dövlət dilində keçirilir. Tədrisi digər dillərdə aparılan V siniflə yanaşı, VI siniflərdə də bu fənn yeni dərs ilindən Azərbaycan dilində keçiriləcək. Bu məqsədlə VI sinif şagirdləri üçün yeni kurikulumlar əsasında yeni dərslik də hazırlanıb.

Bu qərarın arxasında nə dayanır? Milli şüurun formalaşması prosesində bu qərarın rolu olacaqmı? Bu dəyişiklik şagirdlərin milli-mənəvi təfəkkürünün inkişafına necə təsir göstərəcək?

Bir çox tarix dərsliklərinin müəllifi, Bakı şəhəri 163 nömrəli tam orta məktəbin müəllimi Ramil Tanrıverdi “Azərbaycan müəllimi”nə müsahibəsində bildirib ki, tarix insan cəmiyyətinin keçmişini öyrənən elm olmaqla yanaşı, xalqların kimliyini, mədəniyyətini və milli yaddaşını qoruyan ən mühüm vasitədir: “Təhsil müəssisələrində tarix fənninin tədrisi yalnız bilik qazandırmaq funksiyası daşımır, həm də milli şüurun formalaşmasına, vətənpərvərlik hisslərinin inkişafına və şagirdlərin ictimai-mənəvi inkişafına xidmət edir. Dünya tarixinin tərkib hissəsi olan Azərbaycan tarixinin öyrədilməsi gənclərin milli kimliyinin formalaşmasında mühüm rol oynayır. Məktəblərdə tarix dərslərinin müxtəlif metod və üsullarla keçirilməsi, şagirdlərin həm milli-mənəvi dəyərlərlə tanışlığına, həm də dövlətçilik ənənələrinə bağlılığının möhkəmlənməsinə şərait yaradır. Tarix fənninin tədrisi şagirdlərin həm milli, həm də ümumbəşəri dəyərlərlə zənginləşməsinə xidmət edir. Bu fənn gənclərə xalqın mənşəyi, dövlətçilik ənənələri və mədəni irsi haqqında biliklər verərək milli qürur hissini möhkəmləndirir, eyni zamanda dövlətçilik şüurunu, vətənə sədaqət və ictimai məsuliyyət hissini inkişaf etdirir. Tarix dərsləri yalnız milli keçmişi deyil, dünya sivilizasiyalarını da öyrədərək geniş dünya görüşü, tolerantlıq və humanist dəyərlər formalaşdırır. Bununla yanaşı, tarixi hadisələrin səbəb-nəticə əlaqələrinin təhlili analitik və tənqidi düşüncə bacarıqlarının inkişafına xidmət edir”.

Onun fikrincə, bu baxımdan tarix fənninin dövlət dilində tədrisi xüsusi əhəmiyyət kəsb edir: 

“Son illərdə “Zəfər tarixi”ndən sonra Azərbaycan tarixi dərslərinin tədrisi yalnız Azərbaycan bölmələrində deyil, eyni zamanda rus və digər dillərdə təhsil alan siniflərdə də dövlət dilində aparılmağa başlanıb. Bu dəyişiklik şagirdlərin milli-mənəvi təfəkkürünün inkişafında xüsusi rol oynayır. İlk növbədə, tarix dərslərinin Azərbaycan dilində keçirilməsi şagirdlərdə dövlət dilinə marağı artırır. Bu proses yalnız dil biliklərinin genişlənməsi ilə kifayətlənmir, həm də ana dilinin daşıdığı milli yaddaş və mədəniyyətin daha dərindən mənimsənilməsinə imkan verir. Tarixi terminlər, coğrafi adlar və mədəniyyət nümunələrinin orijinal şəkildə təqdim olunması milli özünüdərkin formalaşmasına şərait yaradır”. 

Dərsliklərin müəllifi hesab edir ki, Azərbaycan tarixinin dövlət dilində tədrisi milli-mənəvi kimliyə birbaşa təsir göstərir. Rusdilli siniflərdə şagirdlərin doğma tariximizi Azərbaycan dilində öyrənməsi onların milli şüurunun daha yaxşı formalaşmasına gətirib çıxarır.
Bundan başqa, bu yanaşma inteqrasiya xarakteri daşıyır.

“Hadisələrin ana dilində öyrədilməsi tarixi yaddaşın nəsildən-nəslə ötürülməsini asanlaşdırır”

Ramil Tanrıverdinin fikrincə, şagirdlər digər fənləri rus dilində öyrənsələr də, tarix dərslərində Azərbaycan dilinə keçid edərək milli-mədəni mühitlə sıx təmasda olurlar. Bu proses onların dillərinin inkişafına, həm də Azərbaycan cəmiyyətinə daha harmonik şəkildə inteqrasiya olunmasına xidmət edir: “Tarix dərslərinin Azərbaycan dilində keçirilməsi şagirdlərin yalnız sözləri deyil, həmin sözlərin daşıdığı mədəni yükləri də mənimsəməsinə şərait yaradır. Bu, onların folklor, ədəbiyyat və incəsənətə dair biliklərinin dərinləşməsinə səbəb olur. Hadisələrin ana dilində öyrədilməsi isə şagirdlərdə emosional bağlılığı gücləndirir və tarixi yaddaşın nəsildən-nəslə ötürülməsini asanlaşdırır. Həmçinin milli qəhrəmanların və tarixi şəxsiyyətlərin obrazlarının Azərbaycan dilində öyrədilməsi şagirdlər üçün əxlaqi və davranış modeli rolunu oynayır. Bu da onların şəxsiyyət kimi formalaşmasında mühüm əhəmiyyət daşıyır”.

Vətəninin tarixini ana dilində öyrənmək qlobal mühitdə özünü inamla ifadə etmək imkanı yaradır: “Nəticədə, rus bölməsində təhsil alan şagirdlər Azərbaycan dilində tarix öyrəndikdə, iki mədəniyyət arasında seçim dilemması ilə qarşılaşmır, əksinə, milli mədəniyyətini daha dərindən mənimsəyərək qlobal mühitdə özünü inamla ifadə etmək imkanına sahib olurlar”.

Müəllim vurğulayıb ki, tədrisi rus dilində olan siniflərdə tarix dərslərinin Azərbaycan dilində aparılması şagirdlərin milli-mənəvi təfəkkürünün inkişafına mühüm töhfələr verir. Bu proses onların dil biliklərini zənginləşdirməklə yanaşı, milli kimliklərini gücləndirir, dövlətçilik ənənələrinə bağlılıqlarını artırır və milli həmrəylik mühitinin yaranmasına xidmət edir: “Beləliklə, tarix fənninin Azərbaycan dilində tədrisi həm şagirdlərin şəxsi inkişafında, həm də cəmiyyətin milli-mənəvi birliyində mühüm rol oynayır”.

Şərhlər

Xəbər lenti

4 sentyabr, 21:52

Təhsildə keyfiyyət hədəfləri: sentyabr konfransının mesajları

4 sentyabr, 21:47

Şirvan-Salyan regionunda təhsil işçilərinin sentyabr konfransı keçirilib

4 sentyabr, 17:01

Peşə təhsilinə qəbulun II mərhələsinin nəticələri açıqlanıb

4 sentyabr, 16:20

ETİHİ Respublika Komitəsinin nümayəndə heyəti Ankarada bir sıra tədbirlərdə iştirak edib

4 sentyabr, 16:13

Ümumi təhsilin dövlət standartlarının dəyişdirilməsi ilə bağlı müzakirə aparılıb

4 sentyabr, 15:56

Rezidenturanın boş plan yerlərinə qəbulun nəticələri açıqlanıb

4 sentyabr, 15:49

Dünya həyəcan təbili çalır: telefondan istifadə tədris prosesinə zərbə vurur

4 sentyabr, 15:29

“ICPC universitetlər arasında əməkdaşlığı təşviq edir” – Fariz İsmayılzadə

4 sentyabr, 15:25

Azərbaycanlı tələbələr “ICPC Global”ın tədbirlərinə qatılacaqlar

4 sentyabr, 15:17

34 il sonra işğaldan azad olmuş ərazilərdə ilk konfrans təşkil edilib

4 sentyabr, 15:14

Bill Pauçer: Hansı təhsil müəssisəsinə sərmayə qoyulursa, orada inkişaf olur

4 sentyabr, 14:48

Bil Pauçer: Azərbaycanda ICPC icmasının formalaşması təqdirəlayiqdir

4 sentyabr, 14:43

Allen Gavin: ICPC gələcəyin texnologiya liderlərini bir araya gətirən qlobal platformadır

4 sentyabr, 14:41

Vüsal Xəlilov: Rəqəmsal xidmət sahəsində ixtisaslaşmış kadrlara böyük ehtiyac var

4 sentyabr, 14:35

Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri AÇIQLANDI

4 sentyabr, 14:24

Bakının təhsil işçilərinin sentyabr konfransı keçirilib

4 sentyabr, 13:53

MDU ilə ASK arasında əməkdaşlıq imkanları müzakirə olunub

4 sentyabr, 13:51

"Riyaziyyat və mexanikanın müasir problemləri” adlı XII Beynəlxalq konfrans öz işinə başlayıb

4 sentyabr, 13:35

Biləsuvarın bu liseyi qəbulda 14-cü dəfə 100 faizlik nəticə göstərib

4 sentyabr, 13:19

Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.