Bütün xəbərlər
2 sentyabr, 15:50

Fidan Əzizova 4 ildir ki, Polşada yaşayır və müəllim kimi fəaliyyət göstərir. Orta təhsilini Xırdalan şəhəri 2 nömrəli məktəbdə alıb. Daha sonra Bakı Dövlət Universitetində “Coğrafiya müəllimliyi” ixtisası üzrə təhsilini davam etdirib. Bir müddət Bakıda ixtisası üzrə çalışdıqdan sonra magistr təhsili üçün Norveçdə OsloMet Universitetinə qəbul olub. 2021-ci ildən həm də beynəlxalq məktəblərdə müəllimlik fəaliyyətinə başlayıb. Oslodakı təcrübədən sonra İstanbulda da iş təklifi alıb və sosial elmlər üzrə fəaliyyətini davam etdirib. Hazırda Polşanın Vrotslav şəhərində “Wroclaw Cosmopolitan School”da çalışır. 

“Azərbaycan müəllimi”nə müsahibəsində F.Əzizova Polşadakı müəllimlik təcrübəsindən bəhs edir. 

– “Wroclaw Cosmopolitan School”da çalışırsınız. Necə oldu ki, bu məktəbdə fəaliyyətə başladınız? 

– İstanbulda olduğum vaxt həm siyasi, həm də iqtisadi qeyri-sabitlik səbəbindən Avropada iş axtarırdım. Bir neçə məktəbdən təklif alsam da, “Wroclaw Cosmopolitan School”un akademik dəyərləri mənə daha uyğun göründü və son qərarım orada işləmək oldu. Hazırda yuxarı sinif şagirdlərinə üç fərqli fənn tədris edirəm. Şagirdlərin dərslərə maraq göstərməsi, müəllimlərlə sağlam münasibət qurması və yüksək imtahan nəticələri əldə etməsi mənim üçün ən böyük uğurlardır. 

– Məktəbdə tədris prosesi necə qurulub – kurikulum, qiymətləndirmə sistemi necədir? 

– Məktəb beynəlxalq statuslu olduğu üçün kurikulum Kembric sisteminə əsaslanır. Qiymətləndirmə üsulu Azərbaycan məktəblərindən bir qədər fərqlənir. Rəhbərlik summativ tapşırıqlardan və ənənəvi “test” yanaşmasından uzaq durmağı tövsiyə edir. Əvəzində layihə əsaslı, interaktiv qiymətləndirməyə üstünlük verilir. 

– Məktəbin idarəetmə prinsipləri, məktəbdaxili intizam, şagird davranış normaları necə müəyyən olunur?

– Əsas prinsip qarşılıqlı kommunikasiyadır. Hər hansı problem yarandıqda dərhal müzakirə edilir. Bundan əlavə, valideynlərə yalnız mənfi hallarda deyil, şagirdin müsbət davranışı zamanı da məlumat verilir. Bu isə şagirdlərin müsbət davranış motivasiyasını artırır. Məktəb dərslərin müəyyən hissəsinin açıq havada keçirilməsini təşviq edir. Bu, həm telefon və digər cihazlardan uzaqlaşmaq, həm də şagirdlərin bir-biri ilə sosiallaşması üçün imkan yaradır.

 – Sizcə, məktəbin uğurlu olması hansı amillərlə bağlıdır? 

– Fikrimcə, əsas amil müəllimlərin və ümumi kollektivin eyni dəyərlərə əsaslanmasıdır fənn və ya vəzifədən asılı olmayaraq. Digər mühüm faktor isə texnologiyaya keçiddir. İstəsək də, istəməsək də artıq texnologiyalar dövründə yaşayırıq və şagirdlərə, gələcək nəsilə, bu dəyişikliklərə necə uyğunlaşmağı öyrətməliyik.

– Müəllimlərin hazırlığı necə müəyyənləşdirilir? Onlara qarşı tələblər necədir? 

– Təcrübəmə əsasən, ilk növbədə, müəllimin ixtisas diplomu, eyni zamanda dil və ixtisasla bağlı müxtəlif sertifikatları vacibdir. Hazırda məktəblər müəllimdən portfolio tələb edir. Bu, yalnız sertifikatların deyil, həm də onların praktik tətbiqinin sübutu kimi qəbul olunur. 

– Azərbaycan təhsil sistemi, məktəblərimizlə əlaqələriniz varmı? Müəllimlərimiz barədə nə deyərdiniz? 

– Bəli, ölkədə olmasam da, mütəmadi olaraq onlayn tələbələrim olur. Azərbaycanda beynəlxalq məktəbdə işləmək mənim üçün çox dəyərli və nümunəvi təcrübə olub. Lakin dövlət məktəblərində siniflər böyüdükcə yaradıcı və texnoloji fənlərin riyaziyyat kimi fənlərlə əvəz olunması məni kədərləndirir. Çünki hər şagird fərqlidir və məktəb onun üçün təhlükəsiz mühitdə eksperiment edə biləcəyi məkan olmalıdır. Eksperiment isə fərdi bacarıqlarını sınamaq, ona uyğun olan bilikləri öyrənmək imkanı deməkdir. 

Ölkəmizdə qadınların elm və təhsildə fəal rolunu necə qiymətləndirirsiniz? 

– Bu, çox önəmli və sevindirici bir haldır. Ümid edirəm ki, bu tendensiya yalnız paytaxtda deyil, bölgələrimizdə də güclənəcək. Dövlət tərəfindən müxtəlif proqramlar və təqaüdlər mövcuddur. Onların daha da artırılması və sabitləşdirilməsi qadınların elm və təhsildə uğurlu və rəqabətli mühitdə fəaliyyətinə şərait yaradacağına inanıram. 

Gələcək hədəfləriniz? 

– Məqsədim xaricdə qazandığım bilik və təcrübəni Azərbaycanda da tətbiq etməkdir. Dünyanın müxtəlif ölkələrində baş verən təhsil islahatlarını ölkəmizə uyğunlaşdıraraq şagirdlərimiz üçün də eyni imkanları təmin etmək istəyirəm.

Şərhlər

Xəbər lenti

2 sentyabr, 19:50

İkinci “Məktəbli könüllü” proqramına qeydiyyat başlayıb

2 sentyabr, 17:01

Fransa yeni tədris ilində müəllim çatışmazlığı ilə üzləşib

2 sentyabr, 17:00

Təhsil Tələbə Krediti Fondunda yardım masası fəaliyyətini davam etdirir

2 sentyabr, 16:45

Türkiyədə beynəlxalq fənn olimpiadalarına necə hazırlaşırlar? – Qalib şagirdlə SÖHBƏT

2 sentyabr, 15:23

“Sinifdə şagirdlərlə arama sərt xətt çəkmirəm” – Gənc müəllimlə MÜSAHİBƏ

2 sentyabr, 15:08

Peşə Təhsil Mərkəzinin məhsulu şərab istehsalında istifadə edilə bilər

2 sentyabr, 15:01

Ukraynada məktəblərdə 12 illik təhsilə keçidlə bağlı pilot layihəyə başlanılıb

2 sentyabr, 14:47

Uşağın yanında olmaq vacibdir

2 sentyabr, 14:19

Reinteqrasiya tədbirləri nəticəsində 110 uşaq müəssisələrdən ailələrinə qaytarılıb

2 sentyabr, 14:08

UFAZ məzunu İsveç İnstitutunun prestijli təqaüdünü qazanıb

2 sentyabr, 14:04

Nazirliyin qrant müsabiqəsinin qalibləri layihələrindən danışdılar

2 sentyabr, 13:05

BSU-da fəlsəfə üzrə doktoranturaya qəbul imtahanı keçirilir

2 sentyabr, 11:11

Ali təhsildə inkişaf savadlı kollektivin formalaşmasından başlayır – AÇIQLAMA

2 sentyabr, 10:50

Buraxılış imtahanlarında iştirak edə bilməyənlər üçün imtahan keçiriləcək

2 sentyabr, 10:41

Nazirliyin strukturunda dəyişiklik edildi – Yeni təyinatlar

2 sentyabr, 10:03

Agentlik məktəbli geyimləri ilə bağlı valideynlərə müraciət edib

2 sentyabr, 09:48

Ali məktəb və kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatır

2 sentyabr, 09:38

İlin ikinci Ay tutulması baş verəcək

2 sentyabr, 09:04

“Azərbaycan müəllimi” qəzeti 91 yaşını qeyd edir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.